Slimfit
  1. DÜNYA

Elon Muskdan qəribə açıqlama: Həftədə 100 saat çalışın!

Elon Muskdan qəribə açıqlama: Həftədə 100 saat çalışın!
Sakura

Elon Muskdan qəribə açıqlama: Həftədə 100 saat çalışın!

Amerikanın “Tesla Motors” avtomobil şirkətini sahibi, kosmik nəqliyat vasitəsi, raket istehsalçısı “SpaceX”in təsisçisi Elon Musk deyib ki, işçilər “dünyanı dəyişdirmək” istəyirlərsə, həftədə 80 - 100 saat çalışmalıdırlar.

Facemark.az-ın məlumatına görə, onun “Twitter” platformasına marağını və hər mövzu haqqında fikir və şərhini tvit atmasını hər kəs yaxşı bilir.

Bu dəfə Musk iş saatları haqqında qəribə fikirlərini paylaşıb. Ona adıçəkilən sosial platformada istifadəçilərdən biri belə bir sual ünvanlayıb. “Dünyanı dəyişdirmək üçün neçə saat işləmək lazımdır?”.

Musk isə cavabında qeyd edib ki, çalışmaq üçün çox asan yerlər var, ancaq kimsə dünyanı həftədə 40 saat çalışaraq dəyişdirmədi”. Musk, işçilərin “dünyanı dəyişdirmək” üçün həftədə 80-100 saat çalışmasının lazım olduğunu irəli sürüb. Cavabında öz şirkətini nəzərdə tutan Muska görə, 80 saatdan sonra ağrı getdikcə artır. O, əminliklə müdafiə edir ki, “SpaceX”, “Tesla”, “Boring Company” və “Nueralink” kimi rəhbəri olduğu şirkətlərdə yalnız “nəsə etmək istəyənlər” işə qəbul olunur.

Elon, daha əvvəlki açıqlamalarında qeyd etmişdi ki, onlar “Tesla Model 3”in istehsal hədəflərinə çatmağında çətinlik çəkirdilər. Amma onun işçiləri həftədə 5000 nəqliyyat vasitəsi istehsal etmək üçün, 100 saat belə çalışıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR