Slimfit
  1. AVTO VƏ MOTO

Elon Musk, "şüşə skandalına" baxmayaraq avtomobil üçün 200 min sifariş aldığını açıqladı

Elon Musk, "şüşə skandalına" baxmayaraq avtomobil üçün 200 min sifariş aldığını açıqladı
Sakura

Elon Musk, "şüşə skandalına" baxmayaraq avtomobil üçün 200 min sifariş aldığını açıqladı

Tesla şirkətinin İcraçı direktoru İlon Mask (Elon Musk), təqdimatında yaşanan "şüşə skandalı"na baxmayaraq 2021-ci ilin sonunda bazara çıxması gözlənilən elektrikli pikapı "Cybertruck" üçün 200 min ədəd  sifariş aldığını açıqlayıb.

 

"Marja" xəbər verir ki, keçən həftə Kaliforniyada təşkil edilən təqdimatda bucaqlı xəttlərə malik, polad gövdəli avtomobilin "qırılmaz" deyilən şüşələri səhnədə qırılmış və Cümə günü Tesla-nın səhmləri 6% dəyər itirmişdi.

 

Bu ucuzlaşma nəticəsində Musk-ın fərdi sərvətinin bir gündə 768 milyon dollar azalmışdı. 

 

Elon Musk, dünənki "Twitter" mesajında avtomobilin fərqli modellərinə heç bir reklam vermədən indiyə qədər 146 min sifariş aldıqlarını söyləyib. Musk daha sonra yenə "Twitter"dən sifarişlərin 200 min ədədə çatdığını açıqlayıb. 


"Cybertruck"ın iki şüşəsi səhnədəki dayanıqlılıq testi əsnasında qırılmışdı.


Səhnədə, Teslanın baş dizayneri Franz von Holzhausen avtomobilin nə qədər dayanıqlı olduğunu göstərmək üçün ön sol şüşəyə yaxın məsafədən bir metal top atdı. Şüşə qırıldı. Bu sırada Holzhausenin yanında olan Musk-un söyüş söydüyü eşidilib. 

 

Holzhausen eyni təcrübəsni sol arxa şüşədə də təkrarladı. Bu şüşə də qırıldı. Musk, "Top içəriyə girmədi. Bu müsbət tərəfi. Biz sınayarkən şüşəyə Qayka açarı atdıq qırılmadı. İndi niyə qırıldı bilmirəm" demişdi.

 

3 SANİYƏDƏ 100 KM-Ə ÇATIR

 

Üç saniyədə 100 kilometr sürətə çata bildiyi qeyd edilən "Cybertruck"ın təxminən 40 min dollarlıq ən ucuz modeli, bir dəfə enerji toplamaqla 402 kilometr gedə bilir. 69 min 900 dollarlıq modelin mənzili isə 804 kilometrdir. 6 nəfərlik avtomobil 1587 kiloqram yük daşıya bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR