Elon Maskın “Tesla” ilə bağlı radikal qərarı
Elektrik avtomobilləri istehsalı ilə məşğul olan “Tesla” şirkətinin sahibi Elon Mask yeni bir açıqlama edib. Bu açıqlamadan sonra “Tesla” – nın Nyu York Fond Birjasından geri çəkilməsi mətbuatın gündəmindədir.
NASDAQ birjası “Tesla” şirkətinin səhmləri üzərindən hissə payına 367 dollardan aparılacaq əməliyyatları təxirə saldığını açıqladı.
“Financial Times” da Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun şirkətin 3 – 5 % səhmini satın alacağını iddia etdi.
Elon Mask mövzu ilə bağlı “Twitter” hesabından aşağıdakı açıqlamanı yayımlayıb:
“Tesla şirkətini hissə payına 420 dollardan birjadan geri çəkməyi düşünürəm. Maliyyələşdirmə təmin edilmişdir.”
Bu açıqlamanın ardınca - “Birjadan geri çəkildiyimiz təqdirdə ümid edirəm ki, hazırki bütün investorlarımız “Tesla” – da qalar” – deyə bildirən Mask, şirkət səhmdarlarının öz hissələrini 420 dollardan sata biləcəyini və ya şirkətin birjadan geri çəkilməsi halında hissələrinə sahib olmağa davam edə biləcəklərini xüsusilə vurğuladı.
Elon Maskın rəsmi açıqlaması üçün şirkətin “Twitter” hesabını ziyarət edə bilərsiniz.
Bu yeniliklərdən sonra şirkətin dəyərinin 70,6 milyard dollar olacağı proqnozlaşdırılır.
Qeyd üçün bildirək ki, şirkətin hissələri Nyu York Fond Birjasına 17 dollardan təqdim edilmişdi. “Tesla” səhmdarlarının şirkətin getdikcə artan xərclərindən və istehsal tarixlərində gecikmələrin olmasından narazı olduqları düşünüldükdə mütəxəssislər, şirkətin birjadan geri çəkilməsi halında bu narazılıqların azalacağını iddia edirlər.
Tamara Mustafayeva
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət