Slimfit
  1. İDMAN

Elnur Səmədovun növbəti uğuru

Elnur Səmədovun növbəti uğuru
Sakura

Elnur Səmədovun növbəti uğuru

Azərbaycan əsilli idmançı Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında boks üzrə Rusiya çempionu olub. SİA-nın TASS-A istinadən verdiyi xəbərə görə, Anapada döyüşən 25 yaşlı Səmədov 10 raundluq təkbətək döyüşdə Visxan Murzabəyova qalib gəlib və prezident Kuboku üzrə seçmə yarışın yarımfinalına çıxıb.

Prezident Kuboku üzrə seçmə yarışda Səmədov daha bir rusiyalı Ayk Şahnazaryanla görüşəcək. Döyüş bu ilin aprelində keçiriləcək. Səmədovun aktivində 8 qələbə (1 nokautla) və 1 məğlubiyyət var. Qeyd edək ki, Elnur Səmədov Astara rayonunun Şahağacı kəndində anadan olub. V.Murzabəyov isə 18 qələbəyə (12 nokautla) imza atıb və 4 dəfə məğlub olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR