Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Elnur İsgəndərov İsgəndər oğlu

Elnur İsgəndərov İsgəndər oğlu
Sakura

Doğum tarixi : 1 iyun 1989 Vəfat tarixi: 2 aprel 2016 (27 yaşında)

Elnur İsgəndər oğlu İsgəndərov (d. 1 iyun 1989; Şəki, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Həyatı

Elnur İsgəndərov 1989-cu ilin 1 iyun günündə Şəki şəhərində anadan olub. 2006-cı ildə Elnur İsgəndərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, 2010-cu ildə isə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirdi. Daha sonra Elnur İsgəndərov Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başladı.

Elnur İsgəndərov ailəli idi, Elman (d. 2015) adında bir oğlu yadigar qalıb.

Hərbi xidməti

Baş leytenant Elnur İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Elnur İsgəndərov doğulduğu Şəki şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant İsgəndərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elnur İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR