Slimfit
  1. SİYASƏT

Elnur Allahverdiyev: “Ermənilərə tarixdəki yerlərini göstərmək lazımdır və ordumuz bunu mütləq edəcək”

Elnur Allahverdiyev: “Ermənilərə tarixdəki yerlərini göstərmək lazımdır və ordumuz bunu mütləq edəcək”
Sakura

Elnur Allahverdiyev: “Ermənilərə tarixdəki yerlərini göstərmək lazımdır və ordumuz bunu mütləq edəcək”

“Sentyabrın 21-də ermənilərin Tovuz istiqamətindəki təxribatının qarşısını alarkən daha bir hərbçimizin şəhid olması növbəti dəfə göstərir ki, Ermənistan bilərəkdən cəbhədəki vəziyyəti gərginləşdirir. Bu hadisədən iki gün əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, sülh danışıqları dayanıb və Azərbaycan Ermənistanın prosesdən yayınmaq üçün əl atdığı bicliklərə qoşulmaq istəmir. Hər şey gün kimi aydındır və xalq da düzünü bilməlidir. Onsuz da xalq erməni işğalına birdəfəlik son qoymaq istəyir. Hərbi komissarlıqlar qarşısındakı qələbəlik bunu sübut edir. Ermənilərin dərsini vermək vaxtı yetişib”. 

Ens.az xəbər verir ki, bu sözləri cəbhədəki son vəziyyəti Oxu.Az-a dəyərləndirərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. 

Deputatın sözlərinə görə, hətta cəbhədə nisbi sakitlik olsa belə, Ermənistanda hazırda hakimiyyətdə olan Nikol Paşinyanla hansı istiqamətdə danışıqlar aparmağı müəyyən etmək mümkün deyil. 

“Əvvəl Paşinyan Azərbaycana göndərdiyi ismarıclarda ona vaxt verilməsini xahiş edirdi. Beynəlxalq vasitəçilər də ona inanmışdılar, Azərbaycan Prezidentindən xahiş edirdilər ki, Paşinyan problemi həll etmək istəyir, biraz vaxt verin, keçmiş hakimiyyətin ondan revanş almaq cəhdləri nəticəsiz qalsın. Sonra Paşinyan valı dəyişərək dedi ki, Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır. Ardınca daha bir ağlasığmazlıq etdi ki, Qarabağ Ermənistandır və nöqtə. Bu yanaşmalar bir-biri il kəskin şəkildə ziddiyyət təşkil edir və Paşinyanın bilərəkdən danışıqları pozduğunu göstərir”, – deyə E.Allahverdiyev bildirib. 

Onun fikrincə, hər bir halda rəsmi Yerevanın bu anlamsız mövqeyi beynəlxalq birlik tərəfindən də qəbul edilə bilməz. İyul gərginliyindən sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıq şəkildə gərginlikdə Ermənistanı ittiham etməsi bunun əyani sübutudur:

“Lavrovun bəyanatı Minsk qrupu tarixində nadir haldır. Vasitəçilər hər zaman balanslaşdırıcı mövqedən çıxış edirdilər və bu, əslində ədalətsizlik idi. Yəni işğal olunanla işğal edən arasında bərabərlik işarəsi hansı məntiqə sığır? İndi isə gərginliyin kim tərəfindən yaradılması aydın şəkildə qeyd edildi. Ümumiyyətlə, danışıqlar masasında olan son variant qeyri-rəsmi olaraq “Lavrov planı” adlanırdı. Bunun özü ermənilərin ilk növbədə Rusiyanın təşəbbüsünü bloklaşdırdıqlarının göstəricisidir”.

E.Allahverdiyevin sözlərinə görə, ermənilərin hər bir addımı sülh prosesini pozmağa və Azərbaycanı təxribata çəkməyə hesablanıb. Təmas xəttində hərbi qüvvə cəmləşdirirlər, müdafiə nazirləri deyir ki, yeni torpaqlar işğal etməyə hazırlaşırıq, beynəlxalq hüquqa məhəl qoymadan işğalda olan şəhər və kəndlərimizə Livan və Suriyadan olan soydaşlarını məskunlaşdırmaq istəyirlər, tarixi abidələrimizi dünyanın gözü qarşısında saxtalaşdırıb özlərininki kimi təqdim edirlər:

“Bu, onu göstərir ki, tarixləri saxtakarlıq üzərində qurulmuş bu xalqla sülh yolu ilə nəyəsə nail olmaq mümkün deyil. Onların düşüncə tərzi fərqlidir. Oğurluq edirlər və bunu gizlətmirlər. Tarixin və siyasətin qanunlarına həyasızcasına zidd gedirlər. 200 il bundan qabaq torpaqlarımıza necə məskunlaşdırılmışdılarsa, indi də bunu həmin yolla təkrar edirlər. Guya Paşinyanın mənəvi atası, özünü sülh tərəfdarı kimi təqdim edən Levon Ter-Petrosyan əslən indiki Ermənistandandır. O da Suriyadandır və ailəsi sovet dövründə bura köçürülüb”. 

Deputat hesab edir ki, Paşinyan müxalifətdə olanda Ter-Petrosyanın düşərgəsində təmsil olunurdu və elə indinin özündə də tez-tez ondan məsləhət alır. Birinci Qarabağ savaşında Yaxın Şərqdəki erməni terrorçu qruplaşmalarının üzvləri torpaqlarımızın işğalında iştirak edib, dinc əhalini amansızca qətlə yetirirdilər. Bunlar hamısı Ter-Petrosyanın vaxtında olub:

“İndi biz hər gün ASALA, PKK kimi terror təşkilatlarının üzvlərinin Qarabağa gətirildiyinə dair xəbərlər alırıq. Bunlar hamısı Ter-Petrosyanın tələbəsi Paşinyanın razılığı ilə edilir. İyul hadisələrində anaları sülhə çağıran Paşinyanın arvadı indi əlində silah şəkillər çəkdirir və qadın terrorçu dəstələrinə sponsorluq edir. Ermənilərlə hansı sülhü müzakirə etmək olar? Onlara tarixdəki yerlərini göstərmək lazımdır və ordumuz bunu mütləq edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR