Slimfit
  1. İQTİSADİYYAT

Elnur Allahverdiyev: “Dövlət ən çox əhalinin aztəminatlı hissəsinə kömək edəcək”

Elnur Allahverdiyev: “Dövlət ən çox əhalinin aztəminatlı hissəsinə kömək edəcək”
Sakura

Elnur Allahverdiyev: “Dövlət ən çox əhalinin aztəminatlı hissəsinə kömək edəcək”

“Əhalini koronavirus pandemiyasından qorumaq məqsədilə dövlət sektorunda çalışan vətəndaşlar əmək haqları ödənilməklə aprelin 29-dək məzuniyyətə buraxılıb. Özəl sahədə çalışanların maddi durumunun necə olacağı sualı hamını düşündürürdü. Əhalinin bir qismi özəl sektorda – restoranlarda, mehmanxanalarda, ticarət, turizm, nəqliyyat sahələrində çalışır. Bu sahələr isə virus epidemiyası nəticəsində ən çox zərər görmüş istiqamətlərdir. Bu baxımdan dövlət dəstək proqramlarının əhəmiyyəti həqiqətən misilsizdir”.

Bunu Trend-ə sahibkarlar üçün hökumət tərəfindən təqdim edilən dövlət dəstəyi proqramlarını şərh edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edən doqquz proqramda özəl sahədə çalışan 300 mindən çox işçinin gündəlik yaşayış təminatının saxlanılmasına hesablanmış tədbirlərə geniş yer ayrılıb:

“Proqram, belə demək mümkündürsə, 44 min sahibkarı əhatə edir ki, onların rəhbərlik etdikləri subyektlərdə 304 min vətəndaşımız çalışır. Ümumiyyətlə, ölkədə qanuni əsasla, yəni əmək müqaviləsi əsasında işləyən 1 milyon 555 min nəfər var. Onların 915 min nəfəri dövlət və neft sektorunun işçiləridir. Qalan 640 min nəfər isə özəl və qeyri-neft sahəsində işləyirlər”.

E.Allahverdiyevin sözlərinə görə, həmin 304 min nəfər özəl və qeyri-neft sektorunu təmsil edən işçilərin 45%-ni təşkil edir.

Deputat bildirib ki, 20 fəaliyyət istiqamətindən 11-i pandemiya nəticəsində ən çox zərər görmüş sahələrdir. O qeyd edib ki, məhz bu səbəbdən hökumət həmin istiqamətlərə ciddi dəstək planı hazırlayıb:

“Götürək turizmi. Bu fəaliyyət sahəsi bütün dünyada dayanıb. Sərhədlər bağlı, gediş-gəliş yox. Turizm sahəsinin obyektləri olan hotellər, istirahət mərkəzləri, restoranlar ən çox zərər görən özəl biznes istiqamətləridir. Bura ticarət mərkəzlərini də əlavə etməliyik. Turizmlə ticarət bir-biri ilə sıx əlaqəli sahələrdir.

Turizmdən başqa, nəqliyyat və əyləncə sahələri də tam fəaliyyətsiz qalıb. Bu sahələrdə gündəlik gəlir hesabına işləyən işçilər daha çoxdur. Deməli, əhalinin ən aztəminatlı qismi bu sahədə çalışır. Məhz bu səbəbdən, hökumət nəzərdə tutub ki, sözügedən istiqamətlərə 100%-lik yardım zərfi tətbiq olunsun. Qalan doqquz istiqamət isə nisbətən az zərər görüb və onlara 70%-lik güzəşt tətbiq ediləcək”.

Millət vəkili hesab edir ki, maddi dəstəyin sərf olunması mexanizminə diqqət yetirmək lazımdır:

“Yanvar ayında orta aylıq əməkhaqqı 712 manat olub. Proqramda aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. Orta aylıq əməkhaqqı maksimal hədd kimi götürülüb. Sirr deyil ki, hamının əməkhaqqı və dolanışıq səviyyəsi eyni deyil. Pandemiya hamıya ziyan vursa da, hər birimiz üçün eyni dərəcədə zərərə səbəb olmayıb. Yəni, orta aylıq əməkhaqqından yüksək maaş alanla az alan arasında bərabərlik işarəsi qoya bilmərik.

Başqa sözlə, virus epidemiyası nəticəsində müvəqqəti olaraq bağlanılan iş yerlərinə görə, əhalinin aztəminatlı hissəsi, xüsusilə gündəlik gəlirlə dolanan təbəqə daha çox zərər çəkib və məntiqlə köməyə də əsas onların ehtiyacı var. Bank, maliyyə, sığorta, rabitə sahəsinin işçiləri isə digərlərindən daha az itkiyə məruz qalıblar”.

E.Allahverdiyevin sözlərinə görə, dəstək proqramının mühüm bir özəlliyi ondan ibarətdir ki, yardım tədbirləri konkret olaraq məhz 44 min sahibkarlıq subyektini əhatə edir:

“Bu sahibkarlar fəaliyyətlərini şəffaf təşkil edən, vergidən yayınmayan, qanunla çalışan, işçiləri ilə əmək müqaviləsi bağlayanlardır. Əgər fəaliyyət qanuni zəmində qurulubsa, dövlət belə sahibkarlara niyə yardım etməsin? Karantin rejimi tətbiq edilərkən cənab Prezident İlham Əliyev sahibkarları işçilərini bu çətin zamanda ixtisar etməməyə çağırmışdı. Dövlət başçısı bildirmişdi ki, belə hallar olarsa, ən azı bizim qlobal problem qarşısında bir xalq olaraq həmrəylik cəhdlərimizi sarsıtmış olar. Hansı sahibkar ki, bu çağırışa əməl edib, təbii ki, dövlətin hər cür dəstəyinə layiqdir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR