Slimfit
  1. CƏMİYYƏT

Elnarə Cavadova: "Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür"

Elnarə Cavadova: "Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür"
Sakura

Elnarə Cavadova: "Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür"

Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova “Sosial saat”da deyib.

O qeyd edib ki, məsələ uşağın və ailənin razılığı ilə həyata keçirilir: “Eyni valideynlər ən çox 5 uşağı övladlığa götürə bilər. Burada istisna hal bacı və qardaşların sayıdır. Əgər bacı-qardaşlar çoxdursa və bir-birindən ayrılmaq istəmirlərsə, daha çox sayda uşağı eyni valideynlər övladlığa götürə bilər”.

E.Cavadova vurğulayıb ki, himayədar ailələrə də dəstək məqsədilə dövlət tərəfindən müavinətlər nəzərdə tutulub:
“Bu müavinətlər uşağın yaşına görə dəyişir. 0-6 yaş arası uşağı himayə edən ailələrə 355 manat, uşağın əlilliyi olduqda 395 manat müavinət verilir. 7-13 yaş arası uşağı himayə edən ailələrə 375 manat, uşağın əlilliyi olduqda 415 manat, 14-18 yaş arası uşağın himayədarı olan valideynlərə 395 manat, uşağın əlilliyi olduqda 435 manat məbləğində aylıq müavinətlər ödənilir. Bununla bərabər, əlavə olaraq himayədar ailələrə hər rübdə 200 manat məbləğində birdəfəlik dəstək ödənişi də edilir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR