Slimfit
  1. MEDİA

“Elmin cazibəsi” kitabı nəfis tərtibatla çapdan çıxıb

“Elmin cazibəsi” kitabı nəfis tərtibatla çapdan çıxıb
Sakura

“Elmin cazibəsi” kitabı nəfis tərtibatla çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatında yazıçı-jurnalist və fotoqraf Şirməmməd Nəzərlinin “Elmin cazibəsi” kitabı nəfis tərtibatla çapdan çıxıb. Kitab AMEA-nın Yer Elmləri Bölməsi alimlərinin nailiyyətləri ilə bağlı müsahibələrdən, elmi məqalələrdən, həmçinin tarixboyu elmin məfhumlarda və əməli işdə mövcudluğu barədə yazılardan ibarətdir. Müəllif bu mövzularda materialları hər kəsə aydın dildə təqdim edib və uyğun fotolar yerləşdirib.

Elmin populyarlaşdırılması məqsədilə hazırlanmış, elm adamları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr “Müsahibələr”, “Məqalələr”, “Tarixdə elm sözü və elmin özü” adlı fəsillərdən ibarətdir. Birinci və ikinci fəsillərdə yer almış materialların bütünlüklə hamısı son bir-iki il ərzində ölkə mətbuatında dərc edilmiş yazılardır. Üçüncü fəsil müsəlman Şərqində alimlərin elmi nailiyyətlərinə, elm haqqında deyilmiş müdrik sözlərə və məşhurların bilik barədə söylədikləri kəlamlara həsr edilib. Təqdiredici haldır ki, sonuncu materiallar həm də rus dilində təqdim olunur.

Kitabın “Ön söz”ünün müəllifi və rəyçisi akademik Fəxrəddin Qədirov, redaktoru geologiya-mineralogiya elmləri doktoru Novruz Novruzov, nəşriyyatın direktoru isə Səbuhi Qəhrəmanovdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR