Dərc edildi: Baxış sayı: 304
Elmar Məmmədyarov Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş iclasda iştirak edəcək
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş nazirlər iclasında iştirak etmək məqsədilə İsveç Krallığına yola düşüb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 4-6 noyabr tarixlərində Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş konfrans çərçivəsində nazirlərin görüşü olacaq. Eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirələrin də aparılması nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət