Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb
Sakura

Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, görüş Dolmabaxça sarayında keçirilib.

Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırkı durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar, iki qonşu ölkənin iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığının  zəruriliyini diqqətə çatdırıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Daha sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR