Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov bir neçə ölkənin Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini qəbul edib

Elmar Məmmədyarov bir neçə ölkənin Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini qəbul edib
Sakura

Elmar Məmmədyarov bir neçə ölkənin Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Sakit okean Alyansına üzv ölkələri olan Meksika, Kolumbiya, Peru və Çilinin Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini qəbul edib.

XİN-dən ONA-ya bildirilib ki, görüşdə nazir Azərbaycanın Sakit okean Alyansının (SOA) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının görüşündə müşahidəçi statusu almasını təqdirəlayiq hal kimi dəyərləndirib. O, adları çəkilən 4 üzv ölkəni, habelə qurumun 4 tərəfdaşı olan Avstraliya, Kanada, Yeni Zelandiya və Sinqapuru, eləcə də 57 müşahidəçi ölkəni birləşdirən SOA-nın regional ticari əlaqələrin inkişafında mühum platforma olduğunu bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq edir. Bu kontekstdə SOA-nın müxtəlif iqtisadi əməkdaşlıq formatları və ayrı-ayrı ölkələrlə inkişaf edən tərəfdaşlığını nəzərə alaraq, Sakit okean məkanının Avropa məkanı ilə birləşdirilməsində vacib rol oynayan Azərbaycanın SOA ölkələri üçün də potensial imkanlar aça biləcəyi qeyd olunub.

Hazırda SOA-da sədrlik edən Perunun səfiri xanım Mariya Milaqros Kastanyon Seoane Azərbaycanın bu quruma müşahidəçi qismində qosulmasını rəsmi olaraq təsdiq edən sənədi təqdim edib.

Sonra SOA ölkələri diplomatik missiyalarının rəhbərləri Azərbaycanla əlaqələrinin dinamik inkişafından danışıb və bu prosesdə səfirliklərin böyük rol oynadıqlarını söyləyiblər. Onlar ölkəmizin apardığı qlobal və regional tərəqqiyə xidmət edən fəal xarici siyasəti yüksək dəyərləndirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanla əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildiriblər.

Tərəflər iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə və s. istiqamətlər üzrə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun fəal cəlb olunması, biznes forumlarının keçirilməsi əlverişli formatlar kimi nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR