Slimfit
  1. İQTİSADİYYAT

Elman Rüstəmov: 'Məlum 4 bankın hamısının kapitalı mənfidir'

Elman Rüstəmov: 'Məlum 4 bankın hamısının kapitalı mənfidir'
Sakura

Elman Rüstəmov: 'Məlum 4 bankın hamısının kapitalı mənfidir'

 

"Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Amrah Bank" və "Atabank"ın, eləcə də hazırda inzibatçıların nəzarətində olan "AGBank" və "NBC Bank"ın hamısının kapitalı mənfidir".

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

"Azərbaycan qanunvericiliyinə görə, yeni fəaliyyətə başlayan bankın nizamnamə, fəaliyyətdə olan bankın isə məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Halbuki, həmin 4 bankda bu göstərici mənfidir, yəni kapital çatışmazlıqları mövcuddur. Bu da o deməkdir ki, onların normal fəaliyyəti üçün 50 milyon manatdan da çox vəsait tələb olunur.

Məsələn, maliyyə hesabatlarında özünü normal bank kimi təqdim edən "Amrah Bank"ın kapitalı mənfi 77 milyon manatdır. Deməli onun normal fəaliyyətinə 127 milyon manat lazımdır. "Atabank"da isə kapital göstəricisi 214 milyon manatdır. Bu da onun normal fəaliyyəti üçün 264 milyon manatın lazım olması deməkdir. Bu banklar ödəniş qabiliyyətini tamamilə itirib, halbuki, onlarda əhalinin təxminən 400 milyon manat əmanəti var, onları qaytarmaq lazımdır. Bankların problemli kreditlərinin xüsusi çəkisi ölkə üzrə orta göstəricidən dəfələrdə çoxdur (müvafiq olaraq 40% və 88%). Odur ki, lisenziyaların ləğv edilməsinə qərar verilib", - deyə o, qeyd edib.

"AGBank" və "NBC Bank"da gəlincə isə onların da vəziyyəti digər banklardan ciddi fərqlənmir. Məsələn, "AGBank"ın kapitalı mənfi 145 milyon manat, "NBC Bank"ın kapitalı isə mənfi 23 milyon manatdır. Deməli onların normal fəaliyyətinə müvafiq olaraq 195 milyon manat və 73 milyon manat lazımdır. Hər iki bankın likvidliklər bağlı ciddi problemləri var, artıq bizə siqnallar daxil olurdu ki, onlar öhdəliklərini yerinə yetirə bilmirlər. Onlarda problemli kreditlərin xüsusi çəkisi də yüksəkdir (müvafiq olaraq 54% və 32%)", - deyə E.Rüstəmov əlavə edib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR