Slimfit
  1. İQTİSADİYYAT

Elman Rüstəmov: "İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var"

Elman Rüstəmov: "İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var"
Sakura

Elman Rüstəmov: "İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var"

"İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var – təxminən 8 mlrd. manata qədər".

Ens.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və likvidlik təmin edilir.

E. Rüstəmov qeyd edib ki, bütövlükdə, banklarda situasiya bir qədər pisləşib, amma vəziyyət Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılır. Bankların 23% səviyyəsində, yəni müvafiq normadan iki dəfədən artıq kapital buferi bu gün gözlənilən itkiləri qarşılamağa imkan verir.

"İkinci rübdə ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində radikal addımlar atdıq. Dörd bankın, bir tibbi sığorta şirkətinin lisenziyaları geri çağırıldı. Bütövlükdə bu addımlar operativ olaraq bir ayın içində – aprelin sonunda və may ayının ortalarında atılmışdı. Bütün bu problemləri operativ həll etdik. İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər "Kapital Bank" və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 500 nəfər əmanətçiyə 245 mln. manatdan çox vəsait qaytarılmışdır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik" – deyə AMB-nin sədri bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR