Slimfit
  1. İQTİSADİYYAT

Elman Rüstəmov: "Hökumətin və Mərkəzi Bankın neftin hazırkı qiyməti üçün əvvəldən "B" planı hazırlanmışdı"

Elman Rüstəmov: "Hökumətin və Mərkəzi Bankın neftin hazırkı qiyməti üçün əvvəldən "B" planı hazırlanmışdı"
Sakura

Elman Rüstəmov: "Hökumətin və Mərkəzi Bankın neftin hazırkı qiyməti üçün əvvəldən "B" planı hazırlanmışdı"

"Hökumətin və Azərbaycan Mərkəzi Bankının (AMB) "B" planı var və bu plan məhz neftin bu qiyməti (30-35 ABŞ dolları) üçün əvvəldən hazırlanmışdı. Hazırda hökumət bu plana əsasən fəaliyyət göstərir. Biz problemi tez bir zamanda həll etmək əzmindəyik".

APA-Economics”in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına təsirini şərh edərkən deyib.

"Əhalini sakitliyə çağırıram. Hökumətin, bizim gördüyümüz tədbirlərdən görünür ki, tələbat tam şəkildə təmkinlə qarşılanır. İnsanlara çağırışımız odur ki, öz hərəkətləri ilə bizə kömək olsunlar ki, problemin daha tez həllinə nail olaq”, - deyə o bildirib. 

E Rüstəmov əlavə edib ki, ölkənin lazımi resursları var: “Problemi layiqincə qarşılamaq üçün imkanlarımız mövcuddur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR