Elman Rüstəmov: “Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi gündəmdən çıxıb”
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə münasibət bildirib.
“Report” xəbər verir ki, baş bankir bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
“Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub. Düşünürük ki, bu, ölkə prezidentinin elan etdiyi uzunmüddətli struktur islahatlarına və dərin bazar iqtisadiyyatına keçid istiqamərində görülən işlərə ziddir.
Təklif olunan məsələni dərindən araşdırmışıq. Bu təcrübədən aşağı gəlirli ölkələrdə istifadə olunur. Yəni, inflyasiya iqtisadi usullarlıa idarə olunmursa, qanunvericiliklə bağlı addımlara əl atılır. Xüsusilə maliyyə savadlılığı aşağı olan ölkələrdə banklar istehlak kreditlərində sələmçilik faizlərinə əl atırlar, buna qarşı dövlət səviyyəsində müəyyən tədbirlər görülür.
Kredit faizlərionə tavan müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib-çıxara bilər. Artıq təkliflər səslənirdi ki, əmanət faizlərinə də tavan qoyulsun. Bu, sosial baxımdan nə dərəcədə doğru ola bilər? Əmanətlər əhalinin mülkiyyətidir. Bundan başqa, faizlərə məhdudiyyət bank sektorundan pulların kənarlaşmasına, kölgə bankçılığının inkişafına apara bilər", - o deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət