Dərc edildi: Baxış sayı: 520
Elman Rüstəmov: “Azərbaycan manatı tam gigiyenikdir”
“Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pul nişanı var”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bunun 45%-i kiçik nominallı əskinazlardır: “Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıq dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi, ya yox, bu məsələ araşdırılır”, - E.Rüstəmov vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət