Slimfit
  1. İQTİSADİYYAT

Elman Rüstəmov: 'Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir'

Elman Rüstəmov: 'Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir'
Sakura

Elman Rüstəmov: 'Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir'

"Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir. Amma məşğulluq sektorun prioritet olduğunu nəzərə alaraq Dünya Bankından kredit cəlb etdik".

"Report" xəbər verir ki, bunu AMB sədri Elman Rüstəmov Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib.

E.Rüstəmovun sözlərinə görə, məhz ölkə başçısının Dünya Bankının rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdən sonra bank adıçəkilən layihəyə kredit ayırıb.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, məşğulluq hər bir ölkənin siyasətinin əsas hissəsini təşkil edir: "Məhz ötən il həyata keçirilən 4,2 mln əhalinin əhatə edən sosial paketin əsas hissəsi məhz məşğulluqla bağlıdır. Bu gün 270 min şəxs məşğulluq alt sistemində iş axtaran kimi qeydiyyatdan keçib. Onlardan 90 min nəfəri işsiz, 180 min nəfəri isə işi olsa da özünə daha münasib iş axtaran şəxslərdir. Aktiv məşğulluq sahəsində ötən il 103 min nəfər işə düzəlib, 4 min nəfər peşə təhsili ilə təmin olunub".

Xatırladaq ki, Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln ABŞ dollar civarında kredit ayırıb. Kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir.

Layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR