Slimfit
  1. GÜNDƏM

Elman Nəsirov da Ramiz Mehdiyevi tənqid etdi: “Özlərini qanundan üstün tuturlar”

Elman Nəsirov da Ramiz Mehdiyevi tənqid etdi: “Özlərini qanundan üstün tuturlar”
Sakura

Elman Nəsirov da Ramiz Mehdiyevi tənqid etdi: “Özlərini qanundan üstün tuturlar”

“Sərt karantin rejiminin tətbiq olunduğu bir vaxtda akademik Ramiz Mehdiyevin nəvəsinə toy etməsi çox təəssüf və təəccüb doğurur”.

Ens.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı olduqca ciddi tədbirlər həyata keçirilməkdədir:

“Bu tədbirlərdə əsas məqsəd Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. Eyni zamanda dövlətimiz tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılır, iqtisadiyyatın davamlılığı qorunur. Bu gün Azərbaycanda xalq birliyi var”.

Deputat deyib ki, bəzi şəxslər özlərini qanundan üstün tuturlar:

“Onlar özlərini imtiyazlı təbəqə kimi təqdim edirlər. Bu isə cəmiyyətdə haqlı narazılıqlara səbəb olur. Hər kəs bilməlidir ki, qanun qarşısında hamı bərabərdir. Heç kimin əlahiddə səlahiyyətləri yoxdur. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, heç kim toxunulmaz deyil və müstəsna hüquqları yoxdur. Hesab edirəm ki, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimini onun kürəkəni İlhаm Əliyevin həyata keçirməsi və orada müəyyən məmurların iştirakı cəmiyyətimizdə haqlı olaraq mənfi qarşılanıb. Azərbaycan hüquqi dövlət olduğundan istənilən qanun pozuntusuna da hüquqi qaydada qiymət veriləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR