“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda keçiriləcək III Beynəlxalq elmi konfrans ELANI
Azərbaycan Milli Elmlər Akademiyasının
Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə
“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda keçiriləcək III Beynəlxalq elmi konfrans ELANI
AMEA Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə 14 oktyabr 2022-ci il tarixində elm tarixi və elmşünaslığın öyrənilməsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilər.
Konfransın mövcud pandemiya şəraiti nəzərə alınmaqla ənənəvi formatda keçirilməsi planlaşdırılır.
Konfransa aşağıdakı elmi istiqamətlər üzrə məruzələr qəbul olunur:
1. Texniki elmlərin və mühəndislik fəaliyyətinin tarixi və metodologiyası, elm və texnika abidələri;
2. Tarixşünaslıq və mənbəəşünaslıq;
3. Müasir dövrdə elmi diplomatiyanın rolu;
4. Elm tarixində bioqrafik tədqiqatlar: metodoloji və mənbə təhlilinin xüsusiyyətləri;
5. Postsovet məkanında beyin axını və mobillik;
6. Elm tarixində qadınların rolu;
7. Elmlər akademiyalarının və elmi müəssisələrin tarixi;
8. Təbiət və dəqiq elmlər tarixi;
9. Elmmetrik tədqiqatlar;
10. Elmin sosioloji problemləri;
11. Yeni elmi istiqamətlərin sosial tədqiqi və intellektual elitaların formalaşma mexanizmi;
12. Elm və təhsildə innovativ proseslər.
Konfransda iştirak üçün məqalə və tezislər Azərbaycan, türk, rus və ingilis dillərində aşağıdakı tələblərə uyğun 05 sentyabr 2022-ci il tarixinə qədər jhsss.hs.anas@gmail.com e-mail ünvanına təqdim edilməlidir.
Tezis və məqalələr üçün tələblər:
• tezisin həcmi 2-5, məqalənin həcmi 10-15 Word səhifəsində, A4 formatında olmalıdır;
• mətnin şrifti Times New Roman 12;
• kənar boşluqlar: yuxarı və aşağı 2 sm., sağ 1 sm., sol 3 sm.;
• sətirlərarası məsafə: 1.5;
• məqalədə istinadlar APA style ilə verilməlidir.
Tezis və məqalələrin strukturu:
• titul (mətnə qədər olan hissə);
• İngilis dilində xülasə və açar sözlər;
• məqalə giriş, əsas mətn, nəticə və ədəbiyyat siyahısından ibarət olmalıdır.
İştirakçılar haqqında məlumat:
• ad, soyad, ata adı;
• işlədiyi müəssisənin adı;
• vəzifəsi;
• elmi dərəcəsi və elmi adı;
• e-mail ünvanı;
• əlaqə telefonları;
• UOT və ORCID.
Ünvan: AZ 1143, Bakı şəhəri, H.Cavid prospekti 115, 2-ci mərtəbə.
Əlaqə telefonları: (+99412) 539-51-34; (+99450) 268-22-44.
Qeyd: Təqdim olunan məqalə və tezislərin elmi aktuallığı, əhəmiyyətliliyi, konfransın mövzusuna uyğunluğu qiymətləndiriləcək və müəlliflərə bunun nəticəsi barədə məlumat veriləcək. Tələblərə cavab verməyən məqalə və tezislər dərc edilmir və əlyazmaları geri qaytarılmır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət