Slimfit
  1. MEDİA

Elm Tarixi İnstitutunda Azərbaycanda tibb elminin tarixinə həsr olunmuş yeni monoqrafiya işıq üzü görüb

Elm Tarixi İnstitutunda Azərbaycanda tibb elminin tarixinə həsr olunmuş yeni monoqrafiya işıq üzü görüb
Sakura

Elm Tarixi İnstitutunda Azərbaycanda tibb elminin tarixinə həsr olunmuş yeni monoqrafiya işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin və Milli Onkologiya Mərkəzinin direktoru, tibb elmləri doktoru, akademik Cəmil Əlyevin birgə müəllifliyi ilə “Azərbaycan tibb elminin tarixi” adlı yeni monoqrafiya nəşr olunub.

Kitab AMEA Elm Tarixi İnstitutunun Elmi şurasının 04 mart 2022-ci il tarixli 18 saylı iclasının qərarı ilə çap olunub. Kitabın “Ön Söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA A.Qarayev adına Fiziologiya İnstitutunun Baş direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, rəyçi akademik Nərgiz Axundova, redaktorları isə ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və həmin şöbənin elmi işçisi Solmaz Namazovadır. 

Beş fəsildən ibarət kitabda “Azərbaycan tibb tarixinin mənbəşünaslıq və tarixşünaslığının qısa xülasəsi”, “Qədim və erkən orta əsrlər dövrü Azərbaycanda tibbi biliklər”, “VII-XVIII əsrlərdə Azərbaycanda təbabət elmi”, “XIX-XX əsrlərdə Azərbaycanda tibb elmi”, “Mustəqil Azərbaycan Respublikası səhiyyəsinin və tibb elminin tarixi” başlıqlı mövzular yer alıb. 

Monoqrafiya Azərbaycanda tibb elminin ən qədim zamanlardan müasir dövrə qədər keçdiyi inkişaf yolunun öyrənilməsinə həsr olunub. Qeyd edək ki, monoqrafiyanın araşdrma obyektini təşkil edən mövzu daha öncə bu qədər geniş və əhatəli tədqiq edilməyib. 

Kitab tərtib edilərkən müxtəlif dillərdə qələmə alınmış əlyazma qaynaqlarından, tarixi mənbələrdən, arxiv materiallarından, statistik məlumatlardan və müasir tədqiqatlardan kompleks şəkildə istifadə olunub.

Monoqrafiya tələbələr, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR