Slimfit
  1. MEDİA

Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 31-ci ildönümü anılıb

Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 31-ci ildönümü anılıb
Sakura

Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 31-ci ildönümü anılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Uşaq Səfirlər Məclisi üzvlərinin birgə iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününün 31-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tariximiz” mövzusunda anım tədbiri keçirib. Onlayn şəraitdə baş tutan tədbir ziyalılarla məktəblilər arasında görüş formatında təşkil olunub. Əvvəlcə 20 Yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün vətən övladlarının ruhu ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli bildirib ki, 1990-cı ilin  20 Yanvar günü müasir tariximizin  həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 31 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin  gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Alim vurğulayıb ki, 20 yanvar hadisəsi SSRİ hakimiyyətinin qansız simasını, başqa millətlərə olan işğalçı sifətini açıq-aydın dünyaya göstərdi və bu hadisə Azərbaycan xalqının sovet imperiyasının tərkibində yaşamasının qeyri-mümkün olduğunu bəlli etdi. O, bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. “Qan tökülərək qazanılan müstəqilliyimizi ölkə başçısının rəhbərliyi altında hər gün fəaliyyətimizlə, yaxşı təhsilimizlə, işimizlə, mövqeyimizlə möhkəmləndirmək, onu daha da inkişaf etdirmək hər bir Azərbaycan gəncinin, aliminin müqəddəs vətəndaşlıq borcudur”, – deyə sonda İnstitut direktoru fikrini tamamlayıb. 

Sonra Elm Tarixi İnstitutunun Elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “20 Yanvar hadisəsinin hüquqi və siyasi qiymətləndirilməsi” mövzusunda çıxış edib. Z.Əliyev bildirib: “1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Həmin gün Azərbaycanda sovet hakimiyyəti tərəfindən törədilən faciə insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biridir. Təəssüflər olsun ki, bu faciəni törədənlər hələ də öz layiqli cəzasını almayıb. 20 Yanvar faciə kimi yadda qalsa da, Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir. Qanlı yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini, iradəsini qıra bilmədi. Baş vermiş bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib”.

İnstitutun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov isə “Müstəqilliyə gedən şərəfli yol: 20 yanvar 1990-cı il” mövzusunda məruzə edib. Hadisənin inkişaf mərhələlərini açıqlayan Z.Əmrahov qeyd edib: “XX əsrdə ikinci dəfə öz müstəqil idarəetmə yolunu seçən Azərbaycan istəklərini dinc şəkildə yox, qurbanlar bahasına gerçəkləşdirdi. Can verməkdə olan imperiya dağılmaqdan xilas olmaq üçün sivil vətəndaşlarımızı güllə ilə qarşıladı.  Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş qanlı qırğınlar zamanı rəsmi məlumatlara görə, 131 nəfər öldürüldü. Bunlardan 117 nəfər azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar idi. 744 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. 400 nəfər həbs edildi, xeyli vətəndaşımız itkin düşdü. Bütün bunlar Azərbaycan xalqının mübarizə ruhunu, müstəqillik arzularını söndürə bilmədi. SSRİ adlı imperiyanın dayaqlarını Azərbaycanda birdəfəlik sarsıtdı”. 

  Sonra Uşaq Səfirlər Məclisinin üzvlərindən – Nurlan Cəbrayılzadə “20 Yanvar – Qan yaddaşımız”, Rüfət Məmmədov “20 Yanvarda zərər çəkmiş uşaqlar”, Nəcibə Allahverdiyeva “ 20 Yanvar hadisələrinin timsalında xalqımıza qarşı törədilən terror aktları”, Həbib Məmmədov “20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsi” mövzularında çıxış edərək hadisəyə öz münasibətlərini bildiriblər.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,

elmtarixi.pr@gmail.com

(012) 539 51 35

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR