Slimfit
  1. MEDİA

Elm ocağını bu cür ləkələmək ziyalı məntiqinə sığmır

Elm ocağını bu cür ləkələmək ziyalı məntiqinə sığmır
Sakura

Elm ocağını bu cür ləkələmək ziyalı məntiqinə sığmır

Elm ocağını bu cür ləkələmək ziyalı məntiqinə sığmır

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən ali elmi təşkilatdır. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.

Akademiyanın prezidenti elm ocağının Ümumi yığıncağında Akademiyanın həqiqi üzvləri sırasından seçilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildiyi gündən apardığı uğurlu islahatları nəticəsində elmi müəssisələrdə bir canlanma baş vermişdir. Bəzi insanlar ya bunu görmür, ya da ki, görmək istəmir.

Bir ay əvvəl başa vurduğumuz “Nizami İli” çərçivəsində Akademiyada nə qədər önəmli işlər görüldü, neçə-neçə kitab, xeyli sayda məqalə nəşr olundu, elmi konfranslar, müzakirələr və s. keçirildi, sərgilər təşkil edildi. Təkcə Azərbaycanda deyil, vətənimizdən kənarda da AMEA prezidentinin, elmi-tədqiqat institutlarının alimlərinin kitab və məqalələri işıq üzü gördü. Nizami Gəncəvinin ədəbi irsi müxtəlif elmi istiqamətlərdə, yeni dəyərlərlə araşdırıldı. Təbii ki, başqa uğurlar da oldu.

Bəzi qaragüruhçular, hadisələrdən xəbəri olmayanlar kimlərəsə qoşularaq, “elə birini də mən yazım” deyərək, əlini qələmə atanlar da oldu. Akademik Ramiz Mehdiyevin dövründə yerində olmayan bəzi institut direktorları vəzifələrindən uzaqlaşdırıldı və yeni rəhbərlər ciddi fəaliyyətə başladılar. Nöqsanlar da var. İş olan yerdə, nöqsan da olur. Əlbəttə ki, yeniliklərin əleyhinə gedənlər sözləri bitəndə, şər və böhtan kampaniyasına başlamağı daha üstün tutmağa başladılar.

Məlumat üçün bildirim ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş direktoru səhhətinə görə öz ərizəsi əsasında vəzifəsindən azad olunduqdan sonra direktor müavini Nəcəf Müseyibli bir ay müddətində institutda direktor vəzifəsini müvəqqəti icra etdi. AMEA Rəyasət Heyəti tərəfindən plana görə 5 illik audit yoxlaması ortaya çıxardı ki, institutun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin rəhbəri Qoşqar Qoşqarlı büdcədənkənar gəlirlərin hesabatının aparılması, bölüşdürülməsi və hətta büdcəyə əl uzadılması işlərini elmi işlər üzrə direktor müavininin iştirakı ilə edib. Ona görə də qeyd olunan səbəbdən onların hər ikisi öz ərizələri ilə tutduqları vəzifədən azad olundu. Bu iki nəfərin fəaliyyəti dövründə instituta vurduqları ziyan sadalansa, elmi işlər üzrə keçmiş direktor müavininin internet resursları vasitəsilə yaydığı şər və böhtanların haradan qaynaqlandığı məlum olar.

Qeyd etmək yerinə düşər ki, Nəcəf Müseyibli AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna baş direktor seçilmədiyi üçün, Akademiyanı “kriminal” dolu bir məkan adlandırır. Bu deyim Azərbaycan Milli Elmlər Akademiyası haqqında olan yanlış bir ittihamdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tarixi torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdikdən sonra, həmin ərazilərdə böyük bərpa-quruculuq işləri ilə yanaşı, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimləri də müəyyən olunmuş yerlərdə arxeoloji tədqiqat işləri aparırlar.

Cənab İlham Əliyevin Xocavənd rayonuna səfəri zamanı Azıx mağarasının önündəki çıxışında “Azərbaycan alimləri dəvət edəcəkləri xarici ölkə alimləri ilə birgə qanuni tədqiqatlar aparacaqlar” deməsini əldə rəhbər tutan institutumuzun əməkdaşları qeyd olunan ərazilərdə geniş arxeoloji tədqiqat işləri aparmağı planlaşdırır. Belə ki, rəhbərliyin icazəsi ilə Azıx mağarasında beynəlxalq ekspedisiyanın iştirakı gözlənilir. Arxeoloji qazıntıların Qarabağ ərazisində müstəqil şəkildə aparılması ərazilərin minadan tamamilə təmizlənməsindən sonra baş tutacaqdır.

Yalan ayaq tutar, amma yeriməz. Fikrimizcə, AMEA haqqında olan şər-böhtandansa, hər kəs öz üzərinə düşən işi layiqincə görsə, vətənə və xalqa xidmət etmiş olar. Elm ocağını bu cür ləkələmək ziyalı məntiqinə sığmır.

Abbas Seyidov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, Beynəlxalq Elmlər Akademiyası (Avstriya, İnnsbruck) AB-nin həqiqi üzvü, Avropa Arxeoloqlar Assosiasiyasının (Çexiya, Praqa) üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri doktoru, professor

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR