Slimfit
  1. KOSMOS

Elm dünyası silkələndi – Nəzəriyyələri alt-üst edən kəşf

Elm dünyası silkələndi – Nəzəriyyələri alt-üst edən kəşf
Sakura

Elm dünyası silkələndi – Nəzəriyyələri alt-üst edən kəşf

Elm adamları nəzəriyyələrə görə, mümkün olmayan nəhənglikdə yeni planet kəşf edib.

Teleqraf.com xəbər verir ki, Yupiterə oxşayan planet orbitində fırlandığı Günəşlə müqayisədə qeyri-adi böyüklükdədir.

Belə planetlərin mövcudluğu indiyədək qəbul edilmiş bütün nəzəriyyələri alt-üst edir.

Yeni kəşf olunan planet ətrafında fırlandığı qırmızı rəngli ulduzdan (Günəş) o qədər də böyük deyil.
Bu göy cismi Yer kürəsindən 284 trilyon məsafədə yerləşir.

Araşdırma haqda danışan İngiltərənin Varvik Universitetinin professoru Peter Uitli deyib:

“Bu, çox həyəcanvericidir. Çünki uzun müddətdir kiçik ulduzların ətrafında Yupiter və Saturn kimi nəhəng planetlərin əmələ gəlib-gəlməməsi ilə maraqlanırdıq. İndiyədək belə bir şeyin mümkün olmadığına inanırdıq. Çünki kiçik ulduzlar bizim günəşimiz kimi olanlardan sayca çox olmaqla yanaşı, onları araşdırmaq da çox çətin idi”.

“Qırmızı ulduz”un həcmi ətrafında fırlanan “GJ 3512b” adlanan planetdən böyükdür. Lakin aralarındakı həcm fərqi, məsələn, Günəş və Yupiter arasındakı fərqdən daha azdır.

Ətrafında fırlandığı ulduz planetdən 270 dəfə böyükdür. Məsələn, Günəş Yupiterdən 1.050 dəfə daha böyükdür.

Professor Mordazini qeyd edir ki, “GJ 3512b”-nin həcmi Yupiterin yarısı qədərdir. Yəni, yeni planet bu qədər kiçik bir ulduzun ətrafında yerləşə bilirsə, bu, nəzəri olaraq qəbul edilən planet modelindən daha böyükdür.
Bu kəşf elm adamlarının planetlərin yaranması haqda qəbul etdiyi bütün nəzəriyyələrə meydan oxuyur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR