Dərc edildi: Baxış sayı: 733
Elm adamlarını şok edən “səyahət”
Norveç Arktik İnstitutu tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq, bir şimal tülküsü 3500 km yeriyərək Norveçdən Kanadaya gəlməsi elm adamlarını şok edib.
Metbuat.az bildirir ki, dişi şimal tülküsünə izləmə qurğusu taxan tədqiqatçılar onun yol xəritəsini müşahidə ediblər. Buzlaqların üzərində yeriyən tülkü gündə ortalama 46 km qət edərək 76 gün ərzində Norveçdən Kanadaya olan “səyahət”ini tamamlayıb. Tədqiqatçılar bunun şimal tülküsü növü üçün bu günə qədər qeyd edilən ən sürətli “səyahət” olduğunu bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət