Slimfit
  1. ELM

​Elm adamları ilk dəfə düşüncə gücü ilə məlumat ötürməyə nail oldular

​Elm adamları ilk dəfə düşüncə gücü ilə məlumat ötürməyə nail oldular
Sakura

​Elm adamları ilk dəfə düşüncə gücü ilə məlumat ötürməyə nail oldular

Tarixdə ilk dəfə tədqiqatçılar beyinlərarası bir ünsiyyət interfeysi inkişaf etdirməyi və bir beyindən digərinə sadəcə düşüncə gücü ilə məlumat ötürməyə nail olublar.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, aparılan təcrübə zamanı üç iştirakçı bir-birləriylə sadəcə beyinlərini istifadə edərək ünsiyyət qurublar və müxtəlif problemləri həll ediblər. Vaşinqton universitetində aparılan təcrübədə “Brain net” adı verilən sistem ilə beyindən beyinə ünsiyyət qurulub.

Bu uğur telepatik ünsiyyət qurma yolunda əhəmiyyətli bir addım olub.

Aprel ayında “Scientific Reports”dayayımlanan çalışmada iki nəfərin üçüncü bir şəxsə bağlı başlıq köməkliyi ilə kömək etdiyi bildirilib. İştirakçılar bir növ tetris oyununu birlikdə oynayıb. Üç iştirakçı da oyunu görə bilir, amma oyunda uğur qazanmaq üçün lazımlı məlumatlar sadəcə göndərici şəxslərə verilir. Alıcı bu məlumatları heç bir fiziki əlaqəsi olmayan göndəricilərdən sadəcə düşüncə gücü vasitəsilə alaraq oyunu tamamlayır.

Üç iştirakçı da ayrı-ayrı otaqlara qoyulub. Bu iştirakçılar bir-birini görmür, eşitmir və bildiyimiz mənada ünsiyyət qurmurdu. Kabellərlə çatdıran xəbərdarlıqlar, alıcının beyninə elektrik dalğaları kimi göndərilib. Texniki olaraq alıcının beynindəki neyronlar göndəricidən gələn məlumatları alıb.

Tədqiqatçılar texnologiyanın səmərəli olaraq inkişaf etməsi ilə zehni olaraq bir arada olan insanların bərabər çalışıb, problemləri həll edə biləcəyini deyirlər. Əlbəttə ki, bu işin təkrar edilməsi və inkişaf etdirilməsi lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR