Slimfit
  1. MARAQLI

Əllərinizi tez-tez yuyursunuz? Tez-tez qazı yoxlayırsınız? – O zaman bu yazını mütləq oxuyun!

Əllərinizi tez-tez yuyursunuz? Tez-tez qazı yoxlayırsınız? – O zaman bu yazını mütləq oxuyun!
Sakura

Əllərinizi tez-tez yuyursunuz? Tez-tez qazı yoxlayırsınız? – O zaman bu yazını mütləq oxuyun!

Obsessiv kompulsiv pozuntu bir çox insanda rast gəlinən xəstəlikdir - əlləri tez-tez yumaq, həddən artıq təmiz olmağa çalışmaq və s. Əlamətləri ilk baxışda təhlükəli görünməsə də bu xəstəliyin irəliləməsi ağır psixoloji xəstəliklərə və beyində qalıcı travmalara səbəb ola bilir. Hiss etməsək də  bir çoxlarımız obsessiv pozuntunun müəyyən əlamətlərini daşıyırıq. Əksər adamlar obsessiv pozuntunun sağalmaz xəstəlik olduğunu düşünürlər. Ancaq, həm psixoloq, həm də psixiatrların müdaxiləsi ilə ondan tamamilə qurtulmaq mümkündür. Psixoloq Vəfa Rəşidova ilə obsessiv pozuntuların əlamətlərindən, baş vermə səbəblərindən və müalicəsindən danışdıq.
Vəfa Rəşidova Yeniavaz.com-a açıqlamasında bildirdi ki, el arasında "nevroz" kimi tanınan obsessiv kompulsiv pozuntu həm sonradan qazanılan, həm də genetik ola bilir: "Əgər ata və ya anada bu xəstəlik varsa uşağa keçmək ehtimalı çoxdur. Bu xəstəliyin əsas əlamətlərindən biri həddən artıq təmiz olmağa çalışmaqdır. Bu cür xəstələr əllərini yuduqdan sonra təmiz olmadığına inanaraq yenə yumağa başlayırlar və bunu dəfələrlə təkrarlamaqda davam edir. Əgər bir insan gün ərzində 15-20 dəfə əllərini yuyursa burada artıq xəstəliyi  başlamış hesab etmək olar".
Bəhs etdiyimiz xəstəliyin digər bir növü də əşyalarla bağlıdır. Xəstə ətrafında əyri bir əşya görən kimi onu dərhal düzəltməyə çalışır. Psixoloq bildirdi ki, əgər bu kimi əlamətlər insanda varsa və onu narahat etmirsə bu obsessiv kompulsiv pozuntunun yüngül formasıdır. Yox əgər xəstəni narahat edən səviyyəyə çatıbsa, buna artıq obsessiv pozuntunun dərinləşmiş forması adlandırmaq olar: "Misal üçün əgər bir insan hər gün duş alır və bir gün almadıqda və buna görə həddən artıq narahatlıq keçirdirsə bu da obsessiv pozğunluğun əlamətlərindəndir. Qeyd edim ki, hər gün duş almaq normal haldır. Ancaq, bir gün bunu etmədikdə kəskin narahatlığa səbəb olduqda xəstəlik səviyyəsinə çatır".
Xəstəliyin digər bir əlaməti də evdə suyu, qazı, işığı açıq qoymaq şübhəsidir. Əslində bizim hamımız bu kimi hallarla narahat ola bilərik.  Ancaq, bu ciddi narahatlıq doğuracaq qədər irəliləyibsə diqqətli olmaq lazımdır. Vəfa Rəşidovanın sözlərinə görə,  evdə və ya işdə nəyisə unudub unutmadığımızdan şübhələnərək qayıdıb dəqiqləşdirmək normaldır: "Ancaq bu 3-5 dəfə təkrarlanırsa  deməli ciddi bir narahatlıqdır. Bu xəstəlikdən əziyyət çəkənlər çox vaxt deyir ki, “artıq mən düzəlmərəm”, “illərdir beləyəm” ancaq, bu doğru deyil. Hətta 10 ilə yaxın bu xəstəlikdən əziyyət çəkənlərin psixoloji terapiyalarla sağaldığının şahidi olmuşam. Ancaq, həddən artıq dərinləşdikdə burada psixoloqla psixiatr birlikdə çalışmalıdır".
Bəhs etdiyimiz xəstəliyin ortaya çıxma səbəbləri ən çox stres, psixoloji travma, gərginlik, depressiya və bənzəri şeylər ola bilir. Psixoloq bildirdi ki, əgər evdə ana və ya ata evdə tez-tez bu xəstəliyin əlamətlərini göstərirsə onun övladları da təqlid formasında bu obsessiv pozğunluğa tutula bilər: "Misal üçün ana öz övladına çox həyəcanlı şəkildə tez get əllərini yu, qapını bağladınmı kimi və sair ifadələr söyləyirsə həmin uşaq da təqlid formasında xəstəliyə yoluxa bilər. İşin ən vacib tərəflərindən biri də odur ki, bu cür xəstələr fərqində olmadan həmin hərəkətləri edirlər. Əgər kiminsə ətrafında obsessiv pozğunluq xəstəsi varsa, ona mütləq yardım etməlidir. Belə xəstələrdə beyində terapanin maddələr azalır. Həmin maddəni artırmaq isə müəyyən dərmanlarla mümkündür. Obsessiv pozğunluq əgər yüngüldürsə insan özünə müxtəlif təlqinlər edərək xəstəlikdən qurtula bilərlər. Bəzən insanlar bu xəstəliyi şizofreniya ilə qarışdırır. Ancaq heç bir əlaqəsi yoxdur. Şizofreniya xəstələrində də obsessiv pozğunluqlar özünü göstərə bilər. Onlarda da əllərini tez-tez yumaq, qapını bağlamaq və sair tərəddüdlər özünü göstərə bilir. Bu cür xəstələr təcili həkimə müraciət etməlidir. Pik nöqtəyə çatdığı vaxt artıq oradan dönüş olduqca çətin olur".
Obsessiv pozuntunun əsas əlamətləri bunlardır:

  • Çirklənmə və ya çirk qorxusu
  • Əşyaların simmetriyasına diqqət etmək
  • Özünə və ya başqasına zərər verən aqressiv ya da qorxuducu düşüncələr
  • Digər insanların toxunduğu şeylərə toxunma qorxusu
  • Uyğunsuz düşüncələr
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR