Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əllərin tez-tez isti su ilə yuyulması bəzən dəridə quruluq və səthi çatların yaranmasına səbəb olur

Əllərin tez-tez isti su ilə yuyulması bəzən dəridə quruluq və səthi çatların yaranmasına səbəb olur
Sakura

Əllərin tez-tez isti su ilə yuyulması bəzən dəridə quruluq və səthi çatların yaranmasına səbəb olur

Soyuq və rütubətli hava dəriyə də təsirsiz ötüşmür. Belə havada dəridə quruma və çatların yaranması kimi hallar müşahidə edilir. Bəzən çatlar qabıq, qızartı və qaşınma yaradaraq daha ciddi fəsadlara səbəb olur. Dəri çox həssas olduğundan soyuq aylarda üz və əl dərisinə xüsusi diqqət göstərmək lazımdır. Dermatoloqlar dərinin təravətli və yumşaq olması üçün mütəmadi olaraq nəmləndirici və qidalandırıcı kremlərdən istifadə etməyi, həmçinin vitamin və minerallarla zəngin qidalara üstünlük verilməsini məsləhət görürlər.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Sevinc Kərimova deyib: "Soyuq havalı günlərdə əllərin isti su ilə yuyulması dəridə quruluq yaradır, dermatitlərin inkişaf etməsinə səbəb olur. COVID-19 pandemiyası dövründə əllərin tez-tez isti su və sabunla yuyulması gigiyenik tələblərdən biri kimi irəli sürülüb. Lakin çalışmaq lazımdır ki, dərinin yuyulması zamanı istifadə edilən su çox isti olmasın".

Ovuc və ayaq altından başqa bütün dəridə piy vəzləri var və bu, onun elastikliliyini və yumşaqlığını təmin edir. Həkim-dermatoloq daha sonra deyib: "Əllərin həddən artıq çox isti su və sabunla yuyulması dərinin təbii yağlanmağına mane olur, dəri tam müdafiəsiz qalır, elastikliyini itirir və buna görə də quruluq, çatlar, hətta bəzən qanamaya qədər dərin çat və qabıqlanmalar baş verir. Şaxtalı havalarda bayıra çıxanda mütləq isti əlcəklər taxılması məsləhətdir".

Dərinin təravət və gözəlliyini qorumaq üçün masaj da çox faydalıdır, çünki qan dövranını yaxşılaşdırmaqla yanaşı, dərini oksigenlə təmin edir, toksinlərdən təmizləyir. Bundan başqa ev şəraitində hazırlanan təbii maskalardan istifadə edilməsi də tövsiyə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR