Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

​​​​​​​Əllərin əsməsinin 6 səbəbi

​​​​​​​Əllərin əsməsinin 6 səbəbi
Sakura

​​​​​​​Əllərin əsməsinin 6 səbəbi

Səhərlər mobil telefonunuzda ilk “sms”i yazanda, yaxud bir fincan qəhvə içmək istəyəndə əlləriniz əsir? Həə. Unutmayın ki, tremora, başqa sözlə əsməyə daha çox əllərdə rast gəlinir.

Əllərin əsməsi bir sıra səbəblə bağlı ola bilər: Parkinson xəstəliyindən başlayaraq qəhvənin çox içilməsinədək. Bəs əllərin əsməsinin səbəbini necə tapmalı? Əksər halda bu mümkün olmur. Lakin vaxtında həkimə müraciət etməklə simptomları müəyyənləşdirmək olar. Məsələn, əllərin əsməsi intensiv məşğələlər, ağırlıq qaldırma və ya nəyisə idarə edərkən (məsələn, video oyunlar zamanı) yarana bilir.

Əllərinizin əsməsi sizə gündəlik həyatınızda mane olursa, yaxud ətrafınız bunu hiss edibsə, deməli,peşəkarlara müraciət etməyin vaxtı çatıb.

Essensial tremor

Bu xroniki tremorun ən geniş yayılmış formasıdır ki, daha çox əllərdə rast gəlinir. Əllərin əsməsi hər 25-ci adamda müşahidə oluna bilər. Əsmə siz əlinizlə nə isə bir iş görməyə cəhd edəndə başlayır. Məsələn, klaviaturada nə isə çap etməyə çalışarkən, yaxud duz qabına əlinizi uzadarkən bu halı özünüzdə müşahidə etmisinizsə, çox güman, bu, essensial tremordur.

Essensial tremor yüngül, hətta gözlə görünməyən dərəcədə ola bilər, lakin bəzən çox ağır formada özünü göstərər, insan hətta sadə tapşırıqları belə icra etməkdə çətinlik çəkər. Sadə eksperiment: bir qədər spirtli içki qəbul edin, əsmə dərhal dayansa, bu sizin diaqnozunuz hesab edilə bilər. Bu növ tremordan əziyyət çəkənlər daha çox ondan canlarını qurtarmaq üçün alkoqol qəbul edirlər. 

Essensial tremorun konkret səbəbləri məlum olmasa da, daha çox genetik amilin üzərində dayanırlar. Tremorun bu növü daha çox bir əldə müşahidə olunur. Bu növ tremora daha çox ahıl insanlarda, bəzən gənclərdə, hətta uşaqlarda da rast gəlinir. Əgər əsmə çox yüngüldürsə, heç nə etməyə gərək yoxdur. Yaş artdıqca əllərin əsməsi də arta bilər, amma o da mümkündür ki, əsmə artmasın. Əgər sizə kömək lazımdırsa, xüsusi dərmanlar için. Bu, nəticə verməsə, cərraha müraciət edin. Yeri gəlmişkən əməliyyat qeyri-invaziv də ola bilər.

Parkinson xəstəliyi

Essensial titrəmə ancaq əllər fəal olduqda qeydə alınır. Parkinson xəstələrində isə əllər hərəkətsiz halda da əsir.

Parkinson xəstələrinin çoxunda bu tremor baş barmaqla işarə barmağının bir-birinə sürtülməsi ilə qeydə alınır.

Parkinson xəstəliyi neyrodegenerativ xəstəlikdir, yəni bu xəstəlikdə beynin bir sıra hüceyrələri ölür və bu, gələcəkdə bir çox simptomun yaranmasına gətirib çıxarır: üzün dartılması, belin bükülməsi və nitq çətinlikləri.

Parkinson xəstəliyi, adətən, 60 yaşdan sonra yaranmağa başlayır. Lakin çox nadir hallarda bu xəstəliyə daha cavan insanlarda da rast gəlinir. Parkinson xəstəliyinin hələ ki, müalicəsi yoxdur, ancaq xəstələrə dərmanlarla dəstək vermək olur.

Stress

Praktiki olaraq hər insanda ürək döyüntüsü, qan dövranı və digər proseslərlə bağlı yüngül, bəzən isə görünməz əsmə müşahidə olunur. Bəzi hallarda bu əsmə daha gözəçarpan olur.

Bu cür əsmələrin səbəblərindən biri güclü stress, yaxud narahatlıqdır. Səsiniz vacib çıxışlar qabağı əsirsə, demək ki, sizdə tremorun bu halı yaşanır.

Belə hal sizi qıcıqlandıra bilər, lakin nəzərəçarpacaq problemlər yaratmır. Odur ki, həyəcanlanmağa dəyməz. Əgər çox narahat olsanız, həkimə müraciət edin. Bundan başqa, stressin azalmasına yoqa, meditasiya, hətta musiqi də kömək edir.

Normadan artıq kofein

Stress kimi, əllərin əsməsinə təsir edən amillərdən biri də normadan artıq kofeindir. Siz bunu bir fincan qəhvə içdikdən sonra müşahidə edirsinizsə, deməli, qəhvənin miqdarını azaltmağın, yaxud kofeinsiz qəhvəyə keçməyin vaxtı çatıb.

Dərmanlar

Əllərin əsməsinə stress, kofeinlə yanaşı, bir sıra dərman vasitələrinin qəbulu, xüsusən astma əleyhinə preparatlar, eyni zamanda amfetaminlər, bəzi statinlər və əks təsirli inqibitorlar səbəb olur. Bu cür dərmanlardan əks göstərişlər olanda həkimə müraciət edin.

Yorğunluq

Kifayət qədər yatmırsınız? İşlə, yaxud məşqlə özünüzü yorursunuz? Əzələ yorğunluğu, gərginlik əllərin və bədənin digər üzvlərinin əsməsinə səbəb ola bilər. Çalışın sağlam yuxunu gecə yarısı şənliklərindən üstün tutun və ümumiyyətlə, daha çox istirahət edin.

Mənbə: e-tibb.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR