"Əliyev və Ərdoğana sonsuz minnətdarlığımı bildirirəm"
Bu gün açılışına toplaşdığımız layihələrin memarları olan və iştirakları ilə bizi şərəfləndirən prezidentlərimiz cənab İlham Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana sonsuz minnətdarlığımı bildirirəm. Zati-alilərinin dəstəyi, himayəsi olmasaydı, bu layihəni daim diqqət mərkəzində saxlamasaydılar, dəyərli tövsiyələrlə bizə doğru yol göstərməsəydilər bu uğur qazanılmazdı.
Axar.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev mərasimdə iştirak edən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Ulu öndər Heydər Əliyevin “Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır” sözlərini xatırladan Rövnəq Abdullayev diqqətə çatdırıb ki, müxtəlif layihələrə yatırılan sərmayələr nəticəsində SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.
“Star” neft emalı zavodu haqqında və burada istehsal ediləcək məhsullar barədə danışan SOCAR-ın prezidenti yaxın gələcəkdə Petkimdə yeni əhəmiyyətli layihənin reallaşdırılmasına başlanılacağını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət