Slimfit
  1. AZƏRBAYCAN

Əliyev bunun sayəsində Ərdoğanla Putini barışdırıb - Markov

Əliyev bunun sayəsində Ərdoğanla Putini barışdırıb - Markov
Sakura

Əliyev bunun sayəsində Ərdoğanla Putini barışdırıb - Markov

Bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Axar.az xəbər verir ki, bu mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsini Rusiyanın tanınmış politoloqları Report-un Rusiya bürosuna şərh ediblər.

“Qoşulmama Hərəkatının sammiti çox əhəmiyyətli tədbirdir. Azərbaycan özü də bu Hərəkatda uzun illərdir iştirak edir” – deyə xarici siyasət, müdafiə, təhlükəsizlik sahələrində ekspert, “Avrasiya Fikirləri Emalatxanası” Elmi Tədqiqatlara Dəstək Fondunun ekspert şurasının sədri Qriqoriy Trofimçuk bildirib.

“Ölkənin əvvəlcədən prinsipial mövqeyi belə olub. Azərbaycan təcavüzkar, hərbi təmayüllü bloklara qoşulmur. Fikrimcə, Azərbaycan çox doğru strateji istiqamət seçib və bu istiqamətdə nüfuzunu get-gedə artırır. Məncə, bu, düzgün mövqedir. Dünya miqyaslı maraqlı və məsuliyyətli olan bu foruma Azərbaycanın ev sahibliyi etməsini alqışlayırıq” – deyə ekspert qeyd edib.

“Azərbaycanı və Azərbaycan prezidenti İlham Əliyevi Qoşulmama Hərəkatının zirvə görüşü münasibətilə, bu hərəkatda mühüm rol oynayacaqları münasibətilə təbrik etmək istərdik” – deyə fikir bildirən tanınmış ekspert, “Siyasi araşdırmalar mərkəzi”nin baş direktoru Sergey Markov hazırda Qoşulmama Hərəkatının SSRİ dövrülə müqayisədə bir qədər kölgədə qaldığını dilə gətirib: “Məncə, hazırda Qoşulmama Hərəkatı üçün əsas məsələ yeni vəzifələri müəyyənləşdirməkdir”.

“Azərbaycanın Qoşulmama Hərəkatındakı yeni roluna gəlincə, burada İlham Əliyevin şəxsiyyəti, zəngin diplomatik təcrübəsi öz sözünü deyib. Belə ki, ən müxtəlif, o cümlədən bir-birilə münaqişədə olan ölkələrlə münasibətlər qurmaq üçün yararlanmağı bacardığı diplomat istedadı sayəsində İlham Əliyev məsələn, Rusiya ilə Türkiyə arasında münasibətlərin bərpasında mühüm rol oynaya bilib. Buna görə də ona minnətdarıq” – deyə rusiyalı politoloq fikrini tamamlayıb.

Xatırladaq ki, 25-26 oktyabr tarixlərində Bakıda XVIII sammiti keçirildiyi Qoşulmama Hərəkatındakı sədrlik növbəti üç illiyə Azərbaycana keçib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR