Slimfit
  1. GÜNDƏM

Əliyar Əliyevin oğlu: “Atamın qanı yerdə qalmadı...

Əliyar Əliyevin oğlu: “Atamın qanı yerdə qalmadı...
Sakura

Əliyar Əliyevin oğlu: “Atamın qanı yerdə qalmadı...

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu, əslən Qubadlıdan olan Emin Əliyev bu rayonun işğaldan azad olunması ilə bağlı təəssüratını bölüşüb.

“Biz bu gün həm də ona görə qürurluyuq ki, atam Əliyar Əliyev kimi birinci Qarabağ döyüşlərində şəhid olan igid oğulların qanını yerdə qoymuruq”.

Emin Əliyev müharibə bitən kimi hər kəsi Qubadlıya dəvət edəcəyini, orda Qubadlı adəti ilə qonaqlıq verib, qurban kəsəcəyini deyir:

“Dağıdılmış da olsa, gedib öz evimizi görəcəm. Bizə döyüşmək üçün ruh yüksəkliyi verən bilirsiz nədir? O torpaqlarda haqqı olan insanların haqqını geri qaytarmağa çalışmağımız. Qarabağın hər qarış torpağını geri qaytarandan sonra atam kimi yüzlərlə igid oğulların haqqını vermiş olacağıq. Bu torpaq o zaman bizə halal olacaq”.

Sonda qəhrəman hərbçi bildirdi ki, mən döyüşçüyəm, torpaqlarımız düşmən tapdağından tam azad olunana qədər Ali Baş Komandanın əmrinə müntəzirəm. Qubadlı Azərbaycandır!

Mənbə: teleqraf.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR