Dərc edildi: Baxış sayı: 495
Əliyar almanların qolunu qeydə almadı
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) oyununu idarə edən azərbaycanlı FİFA referisi Əliyar Ağayev qonaqların son dəqiqələrdə vurduğu qolu qeydə almayıb.
Qol.az-ın məlumatına görə, Leverkuzen təmsilçisi 90+3-cü dəqiqədə - 2:3 hesabı ilə geridə olduqları vaxt bərabərlik qolunu vurub. Lakin Ağayev Sven Benderin künc zərbəsindən başla vurduğu qolu qeydə almayıb. O, hücum zamanı Svenin əkiz qardaşı, “Bayer”in kapitanı Larsın rəqib oyunçuya qarşı kobudluq etməsinə görə bu qərarı verib. Əliyar bu qayda pozuntusuna görə Lars Benderə sarı vərəqə göstərib.
Xatırladaq ki, Ə.Ağayev "Sürix"in 3:2 hesablı qələbə qazandığı görüşdə 4 sarı vərəqə göstərib. O, iki dəfə meydan sahibi, iki dəfə isə qonaq komandanın futbolçularını cəzalandırıb
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət