Slimfit
  1. İDMAN

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb
Sakura

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyununa təyinat alıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin “Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək. 

Ona  Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək "Latsio" - “Apollon” matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR