Dərc edildi: Baxış sayı: 930
Əlişir Nəvai - Mən cahandan doymuşam, doymaz mənim qanımdan el
Mən cahandan doymuşam, doymaz mənim qanımdan el,
Mən canımdan üzdüm əl, çəkməz əlin canımdan el.
Tay-tuşum rüsvay olub, rüsvay odu lav-lav yanar,
Rast gələn yoldan çıxar, ötməz mənim yanımdan el.
Toz basıb üz-gözləri, yox tamyan bir-birini,
Halımı sorsa, girib çıxsa bu viranımdan el.
Kəbəmin hər daşma, ey Xızr, mən can sürtərəm,
Axışar, tutsa xəbər Kəbəmdən, ünvanımdan el.
Ey Nəvai, tutmasınlar eyb əgər divanəyəm,
Oxusun qoy ol pəri vəsfin bu divanımdan el.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət