Slimfit
  1. ƏDƏBİYYAT

Əlişir Nəvai - Fərhad və Şirin/Xaqanın Fərhada təxtü-tac təklif etməsi

Əlişir Nəvai - Fərhad və Şirin/Xaqanın Fərhada təxtü-tac təklif etməsi
Sakura

Əlişir Nəvai - Fərhad və Şirin/Xaqanın Fərhada təxtü-tac təklif etməsi

Çaldı ölkə üstə kim şahlıq sinci,
O söz qoşununu düzdü birinci:
Düşünüb nə çarə eylədisə xan,
Qəzanın hökmünə tapmadı dərman.
O Fərhad dağının sərt gördü ucun,
O dağ kütləşdirdi tədbir qılıncın.
Lakin xan bu işdə qalmadı naçar,
Düşünüb bir çarə tapmışdı təkrar.
Çün onun yarıdan çox keçmiş yaşı,
Qocalıq önündə əyilmiş başı.
Fərhad isə artıq növcavan olmuş,
həm müdrik, həm də ki, pəhləvan olmuş.
Ona nə ki, Çində xaqanlıq layiq,
Yeddi aləm içrə sultanlıq layiq.
hər nə ki, lazımdır şah olmaq üçün,
Şaha nə lazımsa, o şeylər bütün
Ona verilmişdi həqq tərəfindən,
Nə lazım yoxlamaq onu təzədən.
Bütün eyblərdən varlığı xali,
hər şeydə körsənir onun kəmalı.
Bir eybi vardısa Fərhadın, o da
Nalə etməsiydi hər vaxt dünyada.
Kim ki, şahlıq içrə tapdı riyasət,
Düz ketməz işləri, yoxsa siyasət.
Onun könlü olsa riqqətə mayil,
Qəzzb naxışları tez olar zayil.
Saf olmaq nə lazım həm də bu qədər,
Sultanlıqla saflıq yerləşər mƏgər!
Kər bir kəs dünyaya gəlir isə şah,
Salır ,xalq üstünə öz zksin allah.
Şah rəftar eyləsin hər kəslə gərək
O şəxsin özünün xasiyyəti tək.
Böyük tanrı qurmuş cənnət, cəhənnəm.
O, həm ədalətli, qəhr edəndir həm.
Şahlıq küzküsünü hər kəs ki, alır,
O həqq varlığının zühuru olur.
Onun varlığına köməkçi olan
Sifətin aşikar etsin o zaman.
Bu sifətdən biri kimdə olsa kəm,
O şəxs yararsızdır şahlığa o dəm.
Yumşaq xasiyyətsə o həddindən çox,
Şahlıq əzəməti Əgər onda yox,
Düşmən həyatına, qəsd edərsə kər,
Əvəzində qəlbin qurban eyliyər.
Taleyin yayından, kər yağsa yüz ox,
Özünə kötürər, özkələrə yox.
Bu iş dərvişlikdə yaxşı sifətdir,
Lakin şahlıq üçün pis xasiyyətdir.
Şah, cəza qılıncın tiz etməsə kər.
Qalxar xalq içindən yüz qanlı xəncər,
Quldurun paltarı batsa qanına,
Tacirlər ürəkdən sevinər ona.
Şahlar qorxutmasa zalımı hərkah,
O, bildiyin edər, zərər çƏgər şah.
haqsızlıq Görərsə yetimlər Əgər
Məktəbli bu dərddən azaddır mƏgər?
O, demək olmaz ki, bunları bilmir,
Bilir, layiqincə əməl eləmir.
Bu hal mənim üçün çox çətin oldu.
0 məzlum aciz bir qəlblə doğuldu.
Kücdə, aciz ikən enündə fillər,
Sinək nişini də qırmaz o əllər.
Fildə küclü pəncə bəs nəyə gərək
Qarışqanı belə incitməyəcək?!
Alim olsa belə nə mə'nası var,
Əgər qorxmayırsa ondan nadanlar?
Bu inandığından deyil özünə
Mə'nasız görünür aləm közünə.
Nə qədər düşünsəm işi dərindən
Yalnız bircə çarə görməkdəyəm mən:
Kər ona tapşırsam bu səltənəti
O da tərk eyliyər həmin sifəti.
Düşərsə üstünə Əgər bu işlər,
İşi rədd etməyib, rəhbərlik edər.
Çün o ellər üçün zəhmət çəkəcək,
Sərt adamlara da sərt olsun gərək
Siyasətə qoysa bir adam bina,
Ket-kedə xilqəti alışar ona.
İşin ləzzətini duyarkən ancaq,
hər ləhzə sə'yi də bundan artacaq.
Xaqan bu fikirdən çox xoşdil oldu.
Çünki, istədiyi şey hasil oldu.
İşə belə tədbir tapdığı zaman
Şahlıq məclisini çağırtdırdı xan
Məşhur, qeyri-məşhur kim varsa o gün
Ərkani-dövləti, çağırtdı bütün.
Yanında yer verdi şahzadəyə xan
O, müşkül bir işdən danışdı asan:
«hər işdə haqq mənim dadıma yetdi.
Mənə cahandarlıq inayət etdi,
Etdi Çin mülkündə məni hökmüran.
Qalibiyyət oldu qismətim hər an.
Mənə dövlət verdi imkandan artıq,
Mən özüm etdiyim kümandan artıq.
Xəyala sığmayan həm elə bir kam.
Elə bir nəş'ə ki, inanmır insan.
Bir oğuldan başqa mənimçün xuda
hər nə istədimsə verdi dünyada.
Çün mənim mülkümdə yoxdu vəliəhd.
Zəhər dadı verdi Əgər yesəm şəhd.
Bu qəmdən müfəssəl oldum pəjmürdə.
həyatım bağında çox düşdüm dərdə.
Çün düşüb yerlərə sürtdüm üzümu.
Səninlə yarıtdı tanrı közümü,
hər nə eylədimsə haqdan təmənna,
Şükr, xoşbəxt olub yetişdim ona
Arzumu verənə şükr edirəm mən,
Yüz artıq almışam közlədiyimdən.
haqq səni eylədi bilik çeşməsi,
Nə lazım hər kəsin tə'rifləməsi.
Nədən ibarətsə şahdakı qiymət.
Bunları zatına eylodi qismət.
84Fələk fili çəksə səhərdən xortum,
Milçək xortumu tək bu sənə mə'lum.
Bilik dənizinə vurulsa yekun,
Utarid qətrədir yanında onun.
Yersizdir ağlını tə'rif eyləmək,
Günəşə təzədən işıqlı demək.
Sənə müdrik demək nəyə gərəkdir
Bu mey acı, şƏgər şirin deməkdir.
Bax bu gün belədir haqqın rizası,
Qəlbimdə yer salır pirlik yarası.
Əlli vadisindən ötmüşdür yaşım,
Ə'zalər süstləşir ağarır başım.
hər an düşünərkən mən öz işimdən,
halım xarab olur, bax, günbəkündən
Qocalıq eybini heç danmaq olmaz,
Əcəl Gəlib çatmış dayanmaq olmaz.
Kənçlik həvəsinə düşsə ixtiyar,
Xəcalətdən başın aşağı tutar.
Varlıqda zəiflik, müşk üzrə kafur.
Yenidən müşk olsun kafur, nə məqdur?
Ölüm qasididir saqqaldakı dən,
həyat səbzəsidir o qara ikən.
Cavanlaşmaq üçün onları üzmək,
Bu, öz matəmində saç yolmaq demək.
Özünü incidib beş tük qopartsan,
Bir az sonra olar on-on beş, inan.
Kim saç-saqqalına çƏgər isə rəng,
Bir az sonra olar tez ala-bəzək.
Boyaqçının körüb bu təhər işin,
Daraq külmək üçün ağardar dişin,
Daraq külər isə, nə zərəri var,
Böyük bəla olar külsə uşaqlar.
Qərəz ki, məkrilə hiyləylə qarı,
Bir daha qayıtmaz kəncliyə sarı.
Kənclikdə nəş'ənin yoxdur qədəri,
Qocalıq çətindir, çoxdur kədəri.
Çətin bir iş düpqüb üzərimə çün,
Düşünmək lazımdır bu işlər üçün.
Şikayət dəmləri yetişmişsə kər,
Şikayət etmirəm mən zərrə qədər.
Çünki haqdan olmuş hər bir hidayət,
Mənə ağıl vermiş o binəhayət.
Nə vaxt arzu etdim mənə cavanlıq,
həm də Çin mülkündə bəxş etdi xanlıq.
Qocalıq yoluna qaytaran zaman,
Köməkçi köndərdi səni yaradan.
Cahan axşamında bir ay olsa kəm,
Günəş tülu edər, var burda nə qəm?
Bağda kelkəsini azaltsa çinar.
Köy sərv beyümüşsə nə kədəri var.
Qorxu yox meşəni tərk eyləsə şir,
Çün yerində qalır yırtıcı bəbir.
Kimin sənin kimi bir övladı var,
həyat ağacında o peyvənd tapar.
Ölüm vaxtı kəlsə, o, qəm yeyərmi?
Dünyadan gedəndə getdim deyərmi?
Çün e'tibar yoxdur ömrə heç zaman,
Öləcəyi günü bilirmi insan?
Ca^vanda qocalmqaq ümidi ç-oxdur.
Qocada kəncləşmək ümidi yoxdur.
Qocalıq dərdinə yoxdu bir dərman,
Könlüm qayğı çƏgər bir işçün hər an
Ki, ölməkdən qabaq açıb közümü,
Kənc körəydim bu taxt üstə ezümü.
Yə'ni bu tacü-təxt, həm də səltənət,
Qoşun, bu mülkü mal, həm bu məmləkət
Səninlə olaydı barı müzəyyən,
Səni öz yerimdə görə idim mən.
Sənin ola idi bu padşahlıq,
Ölkənin üstündə edəydi şahlıq.
Şahlıq et, mənə də sən qulluq eylə,
həm atalıq, həm də oğulluq eylə.
Xalqın xeyri nəysə, onu et, fəqət
Budur məndən sənə xeyir, məsləhət!»
Çün gördü məclisdə onu şahzadə,
Şah verir qədərsiz acı bir badə,
O eylə bir odlu ah çəkdi bu an,
Tüstüsü göylərə yetişdi haman.
Bu sözdən inciyib ağladı zar-zar,
Torpaqlara düşüb hıçqırdı təkrar,
Canları yandırıb bu zaman ahı
Dedi: «Çox yaşasın şahların şahı,
Köylərə yüksəlsin bu taxtı hər an,
Qoşunu çox olsun key ulduzundan!
Onun nəş'ə bağı daim tər olsun,
Məclisində açan al küllər olsun!
Düşməsin əlindən tutduğu bu cam
Şərab şərbət olsun içəndə müdam.
O sözlər ki, mənə şah etdi xitab,
Mən kiməm ki, ona qaytarım cavab?
Çaşmışam, bilmirəm söz sərhəddimi,
həm cavab verməyə mən öz həddimi.
Torpaq olsa belə həqir bədənim,
Yenə də bir-iki sözüm var mənim:
E'tibar yox isə ömrə heç zaman,
Gəncə, həm qocaya bir baxır dövran.
Aləmdə var isə nə qədər mövcud,
Bir son günü vardır onların labüd.
Məş'əl ki, bu məclis içrə odlanar,
Yüz şö'lə uçsa da o yenə yanar.
Bağda olar ikən yüz min ot bərbad,
Ancaq yüz il yaşar bir sərvi-azad,
Yüz təpə düz olar sel gələn çağı,
'Durar öz yerində Elbrus dağı.
Kiçiyin kiçikdir həm ömr əsası,
Böyüyün böyükdür ömr qayası,
Əgər ömür artsaydı bir də ki, yüz il,
Milçək çəkə bilməz çəkdiyini fil.
Əgər ova çıxsa qartal ilə sar,
Sanma ki, o bunun ovunu ovlar.
Şahmatın taxtası boş qalsa Əgər,
Şah yerini tuqamaz piyada əokər.
Axşam düşüb, günəş batdığı zaman,
heç yüz min zərrədən qalarmı nişan?»
həmin fikirləri deyib şahzadə,
Atanın şövqini etdi ziyadə:
«Ey közümün nuru,-seylədi xaqan,-
Ey övimdə nurlu bir çırat olan.
hər sözün min candan artıqdır inan,
həyat çeşməsindən, nəinki candan.
Gövhər mücrüsünü bu sözlə açdın,
İçindən dünyaya incilər saçdın.
Qulaq səndən tapdı parlaq bir inci,
Ancaq ki, mən zəif, zarın, birinci
Bu sözlər deyildi istəyi səndən,
Belə bir cavabı közləməzdim mən.
Kər etsən sən məni özündən xoşdil,
İstəsən ki, olsun məqsədim hasil,
hörmət eyləyərək sözlərimə sən,
Kərək bu arzumu qəbul edəsən».
Daha rədd etməyii yeri deyildi,
İşin qəbulunu zəruri bildi,
Atasının qəlbin o şad eylədi,
Yerləri öpərək şahzadə dedi,
Ki: «Çün şah üzrümü rədd etdi, o dəm
Nə həddim vardır ki, tərəddüd edəm?
Çün mən bir həqirəm iş böyük, fəqət
Bunları deməkdə duydum zərurət:
Mən heç nə bilmirdim bu günə qədər,
Bilmirdim üstümə düşəcək işlər.
Kef çəkmək olmuşdu hər zaman işim,
İşsiz yaşamaqdı mənim vərdişim.
Kömək etsə mənə bir-iki il şah,
həmin bu işlərdən olaram akah.
Şah daim yanında yer versə mənə,
Baxaram işlərin keyfiyyətinə,
Görərəm ölkənin varın, kəsadın,
Tanıram yaxşısın, həm də fəsadın
Xırda iş verilsə əvvəlcə mənə
Ən xırda nöqsanım deyilsə yenə,
Müəyyən bir işi körüb bacarsam,
Bundan yaxşı bir iş verən o zaman,
Cahanda hər kəsin bəlli, işi var,
İşinə müəyyən bir vərdişi var,
Vərdişi yox isə çətin olur iş,
İş çox asan olur, olunca vərdiş.
həmin bu vərdişi mən qazananda,
Nə hökm eyləsəniz, eylərəm onda».
Kətir, saqi, mənə bir çami-şahı,
Kədər qoşununup olsun pənahı.
Şahlıqdan xoş gəlir qədəh közümo.
Zülmü, özkəyə yox, edim özümə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR