Slimfit
  1. ƏDƏBİYYAT

Əlişir Nəvai - Fərhad və Şirin/Qələmin tərifi, Nizami və Xosrov Dəhləvinin xatırlanması

Əlişir Nəvai - Fərhad və Şirin/Qələmin tərifi, Nizami və Xosrov Dəhləvinin xatırlanması
Sakura

Əlişir Nəvai - Fərhad və Şirin/Qələmin tərifi, Nizami və Xosrov Dəhləvinin xatırlanması

Qələmdir yel kimi sür'ətlə gedən,
Əzəldən yüksəkdir yeri fələkdən,
Vəhmin ədhəmindən daha tez çapar,
Onun Şəbdiz kimi bir sür'əti var.
Minmişdir üstünə şahanə barmaq,
Buğum belbağıdır, üzüdür dırnaq,
Quyruğunu edər çapanda ələm,
Ayağından etmiş başını qələm.
Şəbdiz demə, o bir quşdur xoşavaz.
Qanadsız eyləyər hər yana pərvaz.
Şəvədir dimdiyi, hər yerdə zahir,
Saçar o şəvədən daim cavahir.
Quşda ola bilməz o gözəl cisim;
Yaratmışdır tanrı onu bir tilsim.
Xəstəlik çəkməmiş o zəif bədən,
Yüz-yüz mə'na saçar xəznəsi birdən.
Yalnız bu xəznədən almışdır kamn,
O Gəncədə yatan böyük Nizami.
”Gəncədə olsa da aramı onun,
Xəznələr üstədir məqamı onun.
Ağız qapıları səs eyləmədən
Könül xəznəsini eylədi mə'dən.
O mə'dənə qapı-iki dodağı,
Bir kəsin dəymasin ora ayağı.
O hikmət me'marı söz yaradırkən,
Daş atan yaratmış onu əzəldən.
Kimin oqurluğu edilərsə faş,
Fələklərdən yağar başına min daş.
Yağdırar daşları hər yan aşkara,
Dostu gövhər tapar, düşməni xara!
O daş atmaq üçün xəznəni açmaz,
Açsa xəznəsini nə gövhər saçmaz!
Tutub gövhərləri bütün cahanı,
Neçə ki, ulduzlar bu asimanı. 
Bu qiymətli gövhər enməz torpağa,
Əskilməz şöhrəti düşməz ayağa.
Elə inçi hanı, saçarkən işıq,
Bütün qulaqlara versin yaraşıq?
Yox! Onu sadəcə bir zinət sanma.
Qulaqdan kənarda qalsın-inanma.
Qulaqda bu dürrlər edərsə məskən,
Könüllər dürcünü eyləyər məxzən.
Könül dürcü dolsa bu dürdən nolar.
Dəryalara töksən, dəryalar dolar.
Bu kandan daşısan
Əgər qış və yaz,
Yenə də gövhəri, dürrü qurtarmaz.
Kimsə onun kimi saçmamış gövhər,
Yalnız bir hind oğlu saçmışdır
Əgər Hindli yox, tutidən dili şirindir,
Tuti nə, bülbüldən eşqi dərindir.
Sözləri tuti tək tutmuş dünyanı.
Bülbül tək göylərə yetmiş fəğanı.
Ona yaşıl paltar geydirmiş sözü,
Tuti yox, bəlgə də Xızrdır özü,
Hindistan olmuşdur onun zülmatı,
Axıçı sözlərdir abihəyatı.
Əgər bülbül desən-yeri hindistan.
Zülmət keçə desən-bir ənbərfəşan.
Bu gecə yatmayan, nalan bülbüldür,
Şəbistanda fəryadsalan bülbüldür.
Ona bülbül demə, qəqnusdur ol zar,
Səsindən qəqnuslar durmadan ağlar,
Qəqnuslar çəksə də yüz nalə hər an,
Onda min nalə var könül yandıran.
Ahına ox demə, şimşək tək çaxar.
Balıqdan aya tək yandırıb yaxar.
Hər dəm şö'lə salar çan kərməninə,
Özü yox, aləm də yanar qəmnnə.
Mə'na dəryasında saçar dalğalar,
Doqquz fələk onun altında qalar.
Şe'ri söz sapına inci tək düzər.
O dürrlər fələkin bəhri öyünər.
Yaz buludu kimi o xətt, o əş'ar.
Ellərin başına gövhərlər saçar.
Bir dürrdür o bulud gövhərlər ara,
Neysan buludu da onun tək qara.
Ona qara demə, müşkü ənbərdir,
Hər bir qətrə saçar ondan təzə dürr.
O dürrün tə'rifi sığmaz heç sözə,
O qədər zərifdir, görünməz gözə,
Dili dürrlər saçan gövhərlər taçı,
Qarşısıida heçdir ölkə xəracı.
Gövhər yox, mə'dəndir o fəzlə, elmə,
Mə'nalar dağına sən mə'dən demə.
Buludlan qorxmayan dağ deyilsə kər,
Bəs nədən qaldırmış fələyə xəicər?
Bu meydanda sanma asandır durmaq,
Nizamilə pənçəpənçəyə vurmaq.
Nizamiyə pəncə uzatsa hər kəs,
Qırılar pənçəsi, murada yetməz.
Şir pənçəsi gərək şirlə edə cənk,
Bari şir olmasa, qoy olsun pələnk.
Yığılsa bir yerə çaqqalın yüzü,
Tüpürcəyə layiq onların üzü.
Qorxmazsa küləkdən dərin dəryalar,
Yel onun bağrını min yerdən yarar.
Şiddətli küləkdən coşar dənizlər,
Hər külək dənizə eyləməz əsər.
Nizami bir fildir yox bərabəri,
Söz inçisi ondan aldı dəyəri.
Fil olmaq gərəkdir, şübhə yox buna,
Fil salar xortumu fil xortumuna.
Xortumlu olsa da ağçaqanadlar,
Xalqa nəştər ilə verər min azar.
Fil öz xortumunu sürtəndə hər dəm,
Olur yarasına yüz minin mərhəm.
Ulu filə olub hindli müqabil,
Kiçik də olsa o, fil adlanır, fil.
Kiçik görünsə də xalqa nişanı,
Hind meşəsi olmuş onun məkanı. 
Neysan buludundan bu fil qorunar.
Əyninə geymişdir göy rəngli paltar
Gəl, bu iki fili, allahpərəst et,
Rəhmət şərabından onları məst et.
Nəvaiyə dəxi şövkət əta qıl.
İki fildən ona qüvvət əta qıl.
İki fil tək onda məharət olsun,
Bəlkə qızmış fil tək cəsarət olsun.
Tapsın sərxoş olmaq peşəsini o,
Ələ alsın sözün meşəsini o.
Gəl, ey saqi, canım gəlibdir coşa,
Bu iki xatirə qədəh ver qoşa!
Onların eşqilə içim iki cam,
Caminin mədhinə başlayım kəlam.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR