Əlişir Nəvai - Fərhad və Şirin/Fərhadın Xızr ilə görüşü
Zülmatın bayrağı endiyi zaman,
Günəş İskəndəri qalxdı səmadan.
Tilsim mavi göyə vurdu bir bəzək,
Eynən İskəndərin öz tilsimi tək.
Fərhad yenə keydi yol paltarını,
Tazələdi yenə arzularını,
Şahın ayağına düşdü yenidən.
Özünü torpaqla bir etdi həmən.
İltimasə Gəlib dedi ki-«ol şad».
Sonra yel atına sıçradı Fərhad.
Yenə işi üçün olaraq rəvan,
Xatəm duasını deyirdi hər an.
Göründü bir tala, elə bil fələk,
Onun içindəki bulaq günəştək.
Dirilik suyu tək çeşməsi təmiz,
hər damla ruh kimi saf və ləkəsiz.
Ordakı ağaclar göylə bərabər,
Bu can suyu, o da Xızr peyğəmbər.
Yetişib o yerə oldu xeyli şad.
Bağladı atını ağaca Fərhad.
Pak oldu, qüsl edib bu suda bir an,
Yuyub qəm çirkini, şad çıxdı sudan.
İşinə xudadai kemək dilədi
İtaətlə Haman niyaz elədi.
Qalxınca gördü ki, durmuşdur, fəqət.
Bir yaşıl paltarlı nurani sifət.
Fərhad onu kercək oldu biqərar,
Şəfqətlə söylədi ona ixtiyar:
«Oğlum, bu düşdüyün qəmdən azad ol,
! Qismətinə düşən bu işdən şad ol.
Mən Xizrəm, çıxmışam yoluna sənin
Kəlmişəm yapışam qoluna sənin
Qaldım İskəndərlə xeyli möhnətdə,
Dirilik suyunu tapdım zülmətdə.
İskəndər də kəzdi bu suyu, fəqət,
Mənə oldu bu su ən sonda qismət.
Kəsdi yanğısını canımın bu su,
İskəndərsə yandı, artdı qayğusu.
Fələkdən qəlbinə arzular doldu,
Cahanda məşhur bir münəccim oldu.
hər işə bənd vurar, bağlar həmişə,
Bu bəndi açmaqdır mənimçün peşə.
Tilsimin ondadır bil ixtiyarı,
Yalnız məndə vardır onun açarı.
O tilsimə salmış vadini bütün,
Mən sənə köməyə gəlmişəm bu gün.
Kedəndə bu yoldan məqsədə sarı
Sayarsan atdığın bu addımları,
Qarşında çarx kimi tilsim görünər,
hündür divarları göylə bərabər.
Ordan on iki min addım yol qalar
hər addımda vardır bir çox bəlalar.
Yol rahat görünur uzaqdan, ancaq
Lazımdır bu yolda qüvvətli olmaq.
Bu yol bir cığırdır qranit yanı.
Qranit qılınctək kəsər insanı.
Bu yoldan nə qədər keçsə də insan,
Yenə də bu yolda sürüşər, inan.
Kəsər ayağını qranit yəqin,
Kerər bu çeşmədə özünü miskin.
Lakin düz yol ilə keçərsə Əgər,
On bir min addımı tezcə qət edər.
Qranit qələyə-rast kələndə, bir
Şir Görər, salınmış boynuna kəndir.
Açmışdır ağzını adam udmağa,
Ağzı bənzər onun böyük bir dağa.
hər kəs ondan ötsə bəxti gətirər.
Minçə addım qalar qələyə qədər
Doqquz yüz addım da keçdikdə yenə
Daşdan bir taxt çıxar onun üzünə.
Taxta çıxıb qılınc vurarsa möhkəm.
Açılar qələnin qapısı o dəm.
Qapının içində görünər birdən
heykəli andıran bir dəmir bədən.
Orda insan üzü, insan tevrü var.
Ox kamanı hazır əlində saxlar.
Bir ox alıb dərhal bu dəmir adam
Deşər qraniti ortadan tamam.
Başdan ayağadək, o, dəmir paltar
Keyinmiş, onda .bir atəş halı var.
Döşündə bir ayna, daş kimi səssiz,
Günəş aynasıtək təmiz, ləkəsiz.
hər kəs yüz addımdan ona ox atsa,
Bu atdığı ox da köksünə batsa,
O vaxt yerə düşər bu vücud, ancaq
Tək o deyil, bütün heykəllərdə, bax,
Açılar dolaşıq tilsim o zaman,
Kirər vahiməsiz oraya insan.
Lakin bədbəxtlikdən oxu atanda,
Küzkünü sındırsa elə, bu anda,
Oxlar öz üstünə tökülər inan
Bir turağay kimi tüklənər haman.
Dönərək vücudu qəfəsə, ancaq
həyat bülbülündən məhrum olacaq.
Sən də bu məqsədçin edəndə səfər,
Çıxmasın yadından dediyim sözlər.
Bu yolda istəsən məqsədə irmək,
hər addımı ölçüb-biçəsən gərək.
Gedərsən dilində ismi-əzəmlə,
Onsuz bir addım da atmazsan belə.
Şir hücum edərok ağzını açsa.
Əjdaha tək o da alovlar saçsa,
Şirnn ağzına at üzüyü tez sən,
həmin saat düşər şir öz kücündən,
Kötürüb üzüyü yubanma bir dəm.
Tez ket o daşa ki, nişan vermişəm.
Qapını açarkən çıxaraq daşa,
Ox atıb, işini vurmaqçın başa,
Nə qədər olsa da səndə iqtidar,
Olsun ismi-əzəm dilində şüar».
Xızr hər bir şeyi öyrətdi ona,
Dedi:-«Qorxusuz çıx indi yoluna».
Öpdü ayağıidan onun şahzadə
Kətirdi etdiyi tə'limi yadə.
Yol gedib o şirin yanına yetdi, '
Үzük atıb onu tezcə məhv etdi.
Sonra addım-addım yolu sayaraq,
həmin daşa Gəlib yetişdi qoçaq.
Daşa ayağını vurunca möhkəm,
Qələdən çox səslər ucaldı o dəm.
Qələdən ətrafa səs-küy saçıldı,
Qələnin qapısı birdən açıldı.
Fərhad gördü səsdən-küydən əsər yox,
Durmuşdu o kövdə, əlində bir ox.
Qələ divarında yüz nəfər daha,
hazır dayanmışdı oxu atmağa.
Onlar közləyirdi, tutub oxları
Fərhadın durduğu bu səmtə sarı.
Dəhşət gətirirdi bu hal insana,
Yüz ox yönəlmişdi təkcə bir cana.
Lakin qorxutmadı onu bu əhval,
Oxunu, yayını kötürdü dərhal,
Sakitcə buraxıb oxunu yaydan.
O küzkünü nişan aldığı zama.n,
Elə bil köz vurub aşiqinə yar,
Kətirdi başına yaman bəlalar.
Elə ki, şimşək ox küzküyə dəydi
0 dəmir kövdənin qəddini əydi.
Divarda pusquda duran adamlar,
Elə bil oldular işdən xəbərdar.
Bu yıxılan zaman hər bir nəfərə
Sanki xəbər çatdı, düşdülər yerə.
Fərhadı heyrətdə buraxdı bu hal,
Az qaldı bu işdən olsun dili lal.
Allahı çağırdı Fərhad bu zaman,
Fərhadın dilini açdı yaradan.
Yenəldi şahzadə qapıya sarı,
Gördü gözlərilə bu bəlaları.
Yolu oldu bütün bəladən azad,
Yollandı qələnin iç.inə Fərhad.
Gördü ki, qaş-daşa bu yerlər dardır,
Burda yüz harunun xəznəsi vardır.
Dünyanı məşriqdən məğribə qədər,
Yeddi elkə boyu almış İskəndər,
Başı çox bəlalar çəkmişdir, fəqət
Keçirmiş əlinə böyük bir sərvət.
Bu göy tək qələni tilsimə saldı.
Bütün varı, yoxu bu yerdə qaldı.
O qəlvdə vardı gözəl bir bina,
Bəzək ola bilməz yüz min söz ona.
Kün kimi hər yana işıq saçır, bax!
Özü kiçik, xeyri böyükdür ancaq.
Şahzadə içəri qoyarkən qədəm
Tağında parlaq çam göründü o dəm.
Safdı günəş kimi, yox onda ləkə,
Günəş demə, Cəmşid camıdır bəlkə!.
Aləmə nur verən günəş kimidir,
Dünyanın hər işi onda bilinir.
Bütün gizli işlər onda aşikar,
Cahanın hər cürə sirri onda var.
Görünür səthində bu mərkəzi-xak,
İçində hərlənir o doqquz əflak.
Səthi-bir aqilin təmiz körkəmi,
Daxili bir həkim diləyi kimi.
Fərhadqurtarcaq min bir bəladan,
Şad oldu bu camı tapdığı zaman.
Qoyaraq bu yerdə devləti, varı,
Fərhad keri dendü qoşuna sarı.
Yetişib çeşməyə, sıçradı ata
Tələsirdi tezcə xaqana çata.
Yel kimi sürürdü atını Fərhad,
Үrəyi fərəhli, kenlü xeyli şad.
Xaqanı, qoşunu xeyli şad etdi.
Onları qayğıdan o azad etdi.
Tez durdu qoşunun başında haman,
hərəkət elədi qoşun arxadan,
Yol gedib çeşməyə axır yetişdi,
O yerə ki, Xızr tə'lim vermişdi.
Qoşunu, ə'yanı yerləşdirdilər,
Şah, vəzir və Fərhad getdi bərabər.
Orada qələni qoruyurdu şir,
Qələ göyə qalxmış uzun bir zəncir!
Qələnin içində xəzinə vardı,
Tükənmək bilməyən dəfinə vardı.
Bunları xaqana təslim eylədi,
Dünya camını da təqdim eylədi.
Min niyaz eyləyib tanrıya belə,
Şadlıqla döndülər yenə mənzilə.
Göstərdi qəmər də Fərhada cismin.
Kündüz qələsinin qırdı tilsimin.
Kün İskəndər kimi zülmətə daldı,:
Cəmşidin camı da tilsimdə qaldI.
İşrət moclisini qurdular yenə;
Təmiz mey tökdülər Cəmşid.caminə,
Deyib İskəndərdən çox danışdılar,
Cəmşiddən dedilər burda-o ki, var.
Kəl saqi, çatmışdır işrət məqamı.
Mey tök, qalxsın əldə Cəmşidin camı!
İskəndər küzküsün eyləyib ifşa ;
Cəmşidin camına qılım tamaşa.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət