Slimfit
  1. ƏDƏBİYYAT

Əlişir Nəvai - Fərhad və Şirin/Fərhadın Xaqan və Mülk-ara ilə dəniz səfərinə çıxması

Əlişir Nəvai - Fərhad və Şirin/Fərhadın Xaqan və Mülk-ara ilə dəniz səfərinə çıxması
Sakura

Əlişir Nəvai - Fərhad və Şirin/Fərhadın Xaqan və Mülk-ara ilə dəniz səfərinə çıxması

Kəlam dəryasında üzən bir insan
Bu,məna dürrünü çıxartdı ordan;
Tamam cəm olunca zəruri şeylər,
Xaqanla şahzadə qıldılar səfər,
Ayla günəş kimi o iki sirdaş
Sürdülər atları sahilə birbaş.
Bir anda dənizə dikildi gözlər,
Göründü sularda böyük bir şəhər:
Budur, saysız gəmi durub yan-yana,
Şəhər tək görünür baxan insana.
İki yüz kəmidir-olduqça iri,
Fələk komisindən böyük hər biri.
Dorları Үlkərə yaylıq uzatmış,
Dibləri yeraltı öküzə çatmış.
Durmuş dirəkləri ayla yanaşı,
Qəmərnn artmışdır bundan təlaşı.
Dorlara çəkilən hər abı yelkən
Bir nişanə idi sanki fələkdən.
həmin yelkənləri saxlayan iplər
Künoşin zərəfşan telinə bənzər.
Bir düpya evidir sanki hər kəmi,
Dünyadan da geniş, asiman kimi.
Xalçalar döşənmiş kəmidə, xarrat
Qurub düzəltmişdir şahanə bir taxt.
hər komi tağ kimi düşübdür suya,
Sütunu baş vurur ulduza, aya.
Bir ucu kemülmüş dibsiz dənizə.
Bkr ucu dəymədə mavi günbəzo.
Nəhənk sütunlara baxan hər iisan)
Təəccüb içində qalırdı heyran.
hər yelkən səmaya bir bayraq olmunk.
hər dor ağacıysa bir dayaq olmuş.
Onlara qorxu yox oddan, küləkdən,
Asiman tutmuşdur üstündə məskən,
Bir yaidan möhkəm ip, bir yandan dirok,
Yelkən günbəzini tutmaqda bərk-bərk.
Yelkəni saxlayan bu iplə, bu ox
Yerin mehvərinə çox bənzəyir, çox.
Bunlardan oaşqa da var xeyli kəmn,
hər biri sür'ətdə yellər həmdəmi.
hzr biri möhtəşəm, böyük saraydır,
Köylər dənizində yeni bir aydır.
Əlavə minlərcə xırda qayıqlar
Sür'ətdə min tülək tərlanı haqlar.
Yürüşləri iti bir tufan kimi,
Duruşları sabit asiman kimi.
Su üstə o qədər üzürlərdi tez,
Onlara çatmazdı quruda Şəbdiz.
Yolçular yolunu asanlaşdıran
Qayıqlar min beş yüz olardı, saysan.
Bir kəmidə olan şahanə taxtda
Əyləşdi şah ilə oğlu şahzadə.
Çinlilərlə dolub üzən şəhərlər,
Böyük Çin mulkünə oldu bərabər.
Azutə yükünün hesabı yoxdu,
Könül istəyəndən yüz dəfə çoxdu.
Külli ehtiyatla dolmuş hər kəmi,
Qarunun yığdığı xəznələr kimi.
Elə ki, bütun yük daşındı gəldi,
Kəmilər dəryada yola düzəldi.
Qalxdı kurultudan elə vəlvələ,
Sanki Çin yurdunda qopdu zəlzələ.
Neçə min hünərli dənizçi birdəp
Keçdi balıq kimi göy lopələrdən.
Onların elə cəld atları vardı,
Çaldıqça sulardan od çıxarardı.
Xanın yanındaydı öz məiyyəti,
Bir idi hamıiın istiqaməti.
Suda on min adam yola düzəldi,
Sanki bütün bəşor cövlana gəldi.
Suya kölkə düşdü sanki cahandan,
Cahan yox, bəlkə də lap asimandai.
Bulud göy üzünü necə tutarsa,
0 cür üz örpəyi ertmüşdü dərya.
Onlar cəzirəyə tərəf tutub üz,
Tamam yol getdilər üç gecə-kündüz.
Gəldikcə dalğalar suda baş-başa,
Pdərdi şah ilə oğul tamaşa.
hərdən cuşə gələn bu dalğalarda
Min qəribə mö'cüz olurdu peyda.
Dəniz kemkey idi asiman kimi,
Köy qucmuşdu onu bir canan kimi.
Үzürdü yüzlərcə zərrin balıqlar;
Yaşn ki, onları körən mat qalar.
Nəhənk balıqlar da tək-tək üzürdü,
Körkəmp hər kəsin bağrın üzürdü.
Bu dağ gövdəlilər böyük vüqarla
Yarışa çıxmışdı coşqun sularla.
Arxa hissələri şiş təpələr tək,
Şəffaf naxışları saf ləpələr tək.
Onlar yol aldıqca geniş dəryada,
Ulduzlar axırdı sanki səmada.
hər biri o qədər şux və dilbərdi,
Sular küzküsünə sığal verərdi.
Daha da nadincdi kiçik balıqlar,
Okların əlindən su olmuşdu zar.
Qidanı Dəlvdən alan hut kimi
Alırdı onlar da dənizdən yemi.
Kim saya bilərdi o balıqları,
Ot kimi sonsuzdu sayı, miqdarı
Çakaqlı bağalar üzüb sərsəri,
Künbəz tək cisimlə örtmüş hər yeri;
Puç etməsin deyə cismini sular,
Oıa hasar çəkmiş qüdrətli me'mar.
Səqfi kələf kimi qurulu günbəz,
hərəkət zamanı uçub tökülməz.
Körpə balıqları ovlar nəhənglər,
Saiki ceyran tutur düzdə pələnklər.
Cismi dağlar kimi olan balıqlar,
Külünk dişlərini eylər aşikar.
Beli mişar kimi görünür iti,
Omür fidanını kəsmək niyyəti.
Sanki qəm qoşunu siyirmiş xəncər,
Ya dərd qalasına hasar çəkmişlər.
Ağzında dalğanı, eylə zənn edin,
Bir zireh tutmuşdur sanki kəlbətin.
hələ su itləri, böyük nəhənklər
Yanında kiçikdir milçəklər qədər.
Sataşırdı közə heybətli xərçənk,
Üzürdü gah dala, gah yana lənk-lənk.
Toqquşanda ona çanaqlı bağa,
Sanki dağ dəyirdi başqa bir dağa.
Çöldəki quşlardan artıqdı, duzü,
Үzən vəhşilərin suda surüsü.
Əsla dincəlmirdi nadinc dalğalar,
Açmışdı göy toru orda ruzikar.
Boylanıb hər yana şah ilə Fərhad,
Dəniz aləminə baxırdı mat-mat.
Folək tərs üzünü çevirdi nagah,
Boyük bəlalardan eylədi akah,
Başladı əsməyə qorxunc küləklər,
Bürüdü dənizi qara bir kədər.
Cənubdan baş alıb gələn bir ruzkar
Yolçular canına saldı qorxular.
Körüb bu tufanı Gəmi sürənlər,
Dedilər xaqana:-«Ey ulu sərvər!
Bu qufan yüz ildə əsər bir kərə,
Salar yolçuları fəlakətlərə!»
Tez suya saldılar gözəl bir qayıq,
hütun kəmilərdən sür'əti artıq
Ki, tufan artmamış həddən ziyadə,
Bari xilas olsun şahla şahzadə.
Fərhad o qayığa mindiyi zaman,
Kəmidən ayırdı qayığı tufan.
Oğlunu dərbədər salanda dərya,
Min bəla üz verdi yazıq ataya.
Ayırdı onları elə ayrılıq
Ki, vüsal ümidi yox idi artıq.
Getdikcə küclənib coşurdu tufan,
Sanki sarsılırdı kökündən çahan.
Elə dalğalanıb dururdu dərya,
Üstünə asmman uçurdu kuya.
Qocaman dalğalar Gəlib döş-döşə,
Vuqarla başını vururdu ərşə.
Dağ kimi dalğalar baş vurub göyə,
Bənzərdi hər biri nəhənk körpüyə.
Kah yerin təkindən qalxır göylərə,
Kah göylər taxtından enirdi yerə.
"əma heyran ikən suyun qeyzinə,
Lin zərbə dəyirdi hər an bənzinə.
Köylərlə o qədər su açdı cəngi,
Köylərin Nil kimi bulandı rəngi.
Bufaldan qorxuya düşüb ulduz
Hilal kəmisində etdilər fərar.
Kbylərə baş verən hər böyük kəmi
Sularda oynardı bir saman kimi.
Atdı hər kəmini bir səmtə ruzkar,
Düşdü bir-birindən uzaq yolçular.
Kəmilər sularla qalxdı lap göyə,
Dorları yaralar vurdu fələyə.
O çağda göylərin bağrı şan-şandır,
Ulduzlar vurulan zəxmə nişandır.
Elo ki, sularla göylər tutuşdu,
Fələyin o mavi günbəzi uçdu.
Xərçənk bürcü ilə hut bürcü göydon
Enərək dəryanı eylədi məskən.
Günəş də keç etdi bu yeni yurda,
Sapki qərar tutdu inci büllurda.
Göydə mələklər də bir an diksindi,
Yaşılbaş sona tək sulara endi.
Qəza hər kəmini bir yerə atdı,
Kah göyə, gah suya vurub dağıtdı.
Sağ qalmış olsa da tək-tük kəmilər,
Yoxdu yolçularda duyğudan əsər.
Çəkilinçə göyə gecə niqabı,
Bitmədi dəryanın bu iztirabı.
Qaranlıq qoynuna aldı gündüzü,
Bir qara şal örtdü dəryanın üzü.
Lzaltdı, getdikcə fələk ruzkarı,
Dəiiz öz yerində tutdu qərarı.
Lakin səyahətə çıxan qafilə,
Bütün ehtiyatı, azuqəsilə,
İtmişdi büsbütün közdən, xəyaldan,
Suların qoynunda olmuşdu pünhan.
Dəryada çoxları batdı daş kimi.
Nzhənk balıqların oldular yemi.
Çox Gəmi doryaya cumdu həmin gün;
Zəvvarı məhv olub boğuldu bütün.
Əgər yüz kəmidən qaldısa biri,
Yüz ineandan biri deyildi diri.
Taxta-para üstə bə'zisi, lakin,
Duşmüşdü dalğalar içrə didərgip. 
Xaqanla Mülk-ara minən gəmiysə 
Kərərək köksüiü coşqun dənizə,
Etdi həmləsini dalğaların rədd,
Tufaplar qoynuida qaldı səlamət. ,
Orda da çoxları vermədəydi can,
Uçmuşdu çoxunun ağlı başından.
Komi bir sahilə Gəlib yan aldı,
O Çinə yaxın bir kiçik mahaldı.
Başqa gəmilərdə kim sağ qalıbsa,
hərəni bir yana atmışdı qəza.
Gəlib çıxmağını ora xaqanın,
Eşidib öyrəndi tez uzaq-yaxın.
Keçən əhvalatdan tutaraq xəbər,
Bəxti qara şahı xnlas etdilər.
huşsuz qalanlara iylədib ətir,
huşa gətirdilər onları bir-bir.
Başqaları kimi ayıldı şah da,
Keçən fəlakəti tez saldı yada.
Görməyincə gözü oğlu Fərhadı,
Ucaldı göylərə ahı, fəryadı.
Lakin vəzir şahı tutaraq dilə
Dedn:-«Çıxmış olar başqa sahilə».
İYah Sokrat sözünü eyləyincə yad,
Oldu qəm qüssədən, kədərdən azad;
Yenə ömru günu bilib qənimət,
Qıldı paytaxtına doğru əzəmət.
Saqi, bir cam yetir, duşdüm təvandan!
həyat dəryasında bezdim bu candan.
Qədəh kəmisində canımı al sən,
Bu qəm dəryasından xilas olum mən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR