Slimfit
  1. ƏDƏBİYYAT

Əlişir Nəvai - Fərhad və Şirin/Fərhadın Əhriməni öldürməsi

Əlişir Nəvai - Fərhad və Şirin/Fərhadın Əhriməni öldürməsi
Sakura

Əlişir Nəvai - Fərhad və Şirin/Fərhadın Əhriməni öldürməsi

Gecə öz müşkünə səpəndə kafur,
Saçıldı əhrimzn nəfəsildən nur.
Gecə ifritinin çoxaldı dərdi,
Fələk Süleymanı möhür kestərdi.
Fərhad yola düşdü döndü bir yelə:
Döyüş qılıncını bağladı belə,
həmayil olmuşdu qalxan köksünə,
hərbə hazırlaşdı şahzadə yenə.
Div kimi minərək atına haman,
Əhrimən düzünə tez oldu rəvan.
Qaldırdı ahını xaqan fələyə,
Qara toz ucaldı bu anda göyə.
Qorxunc Əhriməndən sıxılırdı can
Elə bil bezmişdi o, yaşamaqdan.
Çıxmışdı bu yola şah xeyli nakam,
həvəssiz, gedirdi qoşun da tamam.
Getdikcə məqsədə yaxınlaşaraq,
Fərhad yeriyirdi qoşundan qabaq.
Vardı qoşunlarla xeyli arası,
Kvrünürdü ancaq kendən qarası.
Dincəlmədən kedir məqsədə sarı,
Keçirdi düzləri, boz səhraları.
Qəflətən qarşıdan keründü meşə.
Bir meşə ki, salır çanı taşvişə.
Meşə deyil, bura, əhrimən bağı.
Nə ucu görünür, nə də bucağı.
Ağacların altda çoxlu otlar var,
Köylərə ucalmış bu yaşıllıqlar.
Salsan ağaclara bir nəzər Əgər,
Görərsən ucalmış göylərə qədər.
Qorxarsan baxanda onlara sarı,
Xeyli əcaibdvr göy yarpaqları.
Bu dağ başdan-başa divlər mənzili,
Qasırğalar əsən hər xəfif yeli.
hər yarpaq vəsvəsə ayinəsidir.
Eyləyir insanın huşunu əsir.
Burdakı heyvanlar divlərdir, fəqət
Almışdır hərəsi bir özkə sifət.
Çaylarından axan suyun sədası,
Söyləyir şeytanla-cin macərası.
Cana dəhşət salır çayınDa, hər daş,
Elə bil, yatmışdır burda kəsik baş.
hər damla günbəzi ətlə ;bir hüdud,
Çərxin günbəziylə tam bərabər tut!
Suyunun dalğası sevdaya sehir,
Onun hər ləpəsi ağla xətt çəkir.
Asılmış yarpaqlar göydən Xızr tək,
Qanlı suyun sehri yazılmış, gerçək.
Əgər ki, düşsəydi ora bir insan
Mat qalar, çıxardı ağlı başından.
hər ağac kötüyü bu yerlərdə, bil,
Divə ya şeytana olmuşdur mənzil.
Çıxarır bu mənzil ağılı başdan,
Bir div buynuzudur hər budaq baxsan.
Torpağı bağlayır niçat yolunu,
Aparır hər yana min dönkə onu.
İtirir huşunu kəskin ağıl da,
Bu hər yana gedən dolaşıq yolda.
Vəhşi höyvan idiorda şeytan, çin,
Azdırır insanı yolundan yəqin.
Bu yerə bir nəfər düşdüyü zaman,
Orda külək belə edirdi fəğan.
hər yandan ilişən tikanlar belə
«Ketmə,-deyirdilər,-sən bu mənzilə!»
Çəkir çalmasından onun hər budaq,
Budaq yox, bir divin buynuzudur, bax.
Quşlar fəğan edib yanır halına,
Kələn qonaqların bu əhvalına:
Ağlar, inci təhər burda buludlar,
Keçən müsafirin halına yanar.
Fəryada kələrək inləyən külək,
Elə bil ki, divdir ağlayır, gerçək.
Neştər kimi otun ucları kəskin,
Neştər demə, iti bir qılınc təkin!
hər yandan əssə yel, titrəsə budaq,
Deyirdi: «Kəl ketmə bu yana, kustax!»
Əlini uzadıb çinar hər yana,
«Sən tanrı keri den»-deyir insana.
Şahzadə allaha təvəkkül etdi,
Atını sürərək meşər getdi.
Yolu işıq kimi tez keçdi, birdən
Canlandı önündə bir gözəl çəmən.
Çəməndə doluydu əlvan çiçəklər,
Çiçəkləri qəmdi, külləri kədər.
Bu yerə ketməyə o, qərar verdi,
Qabağında böyük bir saray gördü.
Atı qosrə sarı sürəndə Fərhad,
Etdi div və pəri tanrısını yad.
Olcaq qafil ifrit işdən xəbərdar,
Qaldırdı başını körsün ki, nə var.
Div uzaqdan gördü o şahsuvarı,
Kəlirdi uçaraq bu qəsrə sarı.
Sifətdən ağıllı bir insandı o,
Körkəminə baxsan, div qırandı o,
Səadət ulduzun körüb Əhrimən,
Şimşək tək parlayıb küldü ürəkdən.
Qəzəb buludu tək üstünə çekdü,
Başdan-ayağacan bir zəhər tökdü.
Saçırdı, dağıdıb hər bir hüdudu
Cəhənnəm atəşi, qiyamət odu.
Nə'rəsindən əsdi cahanın bağı.
Çatladı ahından çərxin otağı.
İti bir nizədir tənində tüklər,
Demə nizə, əjdər ilana bənzər.
Vücudundan düşən hər damla təri,
haman divə dönüb çıxır hər biri.
Məlamət gecəsi-o qara üzü,
Qiyamət günü tək uzundur özü.
Əlindəki ağac sanki bir çinar,
Bir minarə kimi dümdüz və həmvar.
Ucuna bağlamış qayanı, körsən,
Dəstək kimi tutmuş o, minarədən,
Başında saxlamış bir qocaman kürz.
Bir toxunsa, dönər tozlara Elbrus
Şahzadənin üstə hüçum çƏgərək,
Sanki, çumdu azad süsənə külək.'
Div nə'rə çəkdi ki: - «Ey qafil insan.
Çərx alnına yazmış gizli bir divan.
Burdan keçənlərin gözü qaralır.
Bu yerlərdə, pələnk, şir, dırnaq salır.
Burdan mələk keçsə sönər həyatı,
Burdan qartal uçsa sınar qanadı.
Bu yerə kəlməkdə nədir niyyətin?
Axıdar qanını bu cəsarətin».
Çox acı töhfələr gətirdi, yenə.
Kürzünü atdı tez onun üstünə.
Şahzadə cumaraq əlində qalxan,
Kəsdi qılınç ilə kürzü ortadan.
Qaldırdı sür'ətlə başına daşı,
Daşın zərbəsindən titrədi başı.
Yaxdı Əhriməni qəzəb odları,
Qayıtdı açıqlı qəsrinə sarı.
Daha böyük bir kürz gətirdi, yenə
Qaldırdı Fərhadın salsın üstünə.
Div kürzü çalmadan o hökmdara,
Fərhad etdi onu tez para-para.
Divin hücumunu rədd edən zaman.
Ona səcdə etdi bütün asiman.
Əhrimən qəzəbdən dəhşətə gəldi,
Buludtək nə'rəylə dağa yönəldi.
havada yel kimi uçdu çaparaq:
Kökündən qoparıb gətirdi bir dağ,
Bahar buludu tək Fərhadın, budur
Yağdırır başına daşlardan yağmur.
Kizlənir qalxanla şahzadə birdəm,
Qalxan qələ kimi durmuşdu möhkəm.
Əhrimən görüncə o ism-əzəmi
Bitdi ixtiyarı, çoxaldı qəmi,
Qalmadı taqəti, yerlərə düşdü,
Daşların üstünə bir kərə düşdü.
-«İstədim ozməyə,-dedi,-daş atam,
Özüm daşa dəydim axırda nakam».
Fərhad gördü həmin daş çevirəni,
Daş çevirən deyil, o Əhriməni,
Düşmüşdür yerlərə, alçalmış, aciz.
Artıq hərəkəti bitmişdir təmiz.
Qaldırıb qılıncı Fərhad Yuxarı,
Sürdü div atını əhrimən sarı.
Tutdu cavahirli, daşlı qıfıldan,
Sındırıb içəri oldu tez rəvan.
Bir otaq gördü ki, orda misilsiz,
Kinsiz adamların qəlbi tək təmiz.
heyrətlə dörd yana baxarkən ancaq,
Gördü asılmışdır bir yaqut çıraq,
Müştəri kimidir, şəfəqləri var.
Şərqin xavəri tək işığı parlar.
Düşünüb çırağı, tez açdı haman,
Çıxdı Süleymanın üzüyü ordan.
Çırağın üstündə vardı bu sözlər:
«Sən, ey bu şöhrəti qazanan bəşər!
Oxuyub bu adı, aça bilərsən
İskəndər Ruminin tilsimini sən.
Köylərin səsindən olub bəxtiyar.
Bu adı oxuyan müşkülü açar».
Үzüyü enərək qoydu közünə,
Allaha dualar eylədi, yenə
Şükr etdi tanrıya, tez çıxdı ordan,
Qoşunlar tərəfə oldu tez rəvan.
Şimşək qılıncını çəkib o saat,
Kəsdi Əhrimənin başını Fərhad.
Qəsrə rəvan oldu sonra o Rüstəm,
Bağladı atını qapıda mehkəm.
Div yıxan qılıncı alaraq ələ,
Qəsrə qədəm qoydu şahzadə belə.
Nə saray, dü.nyadır dünya içində:
Bir özkə aləmdi bina içində.
hər yanda kilidli, bağlı qapılar,
hər birində möhkəm dəmir qıfıl var.
Bir yerdə yazılmış: «hər cür xəzinə».
Vardı açıq sərvət, həm də dəfinə.
Oxudu şahzadə bu yazıları,
Sonra da yönəldi qapıya sarı,
Qapının hər yanı qızıl və kenhər.
Үstünə yazılmış onun bu sözlər:
«Bu qapını açmaq deyildir asan,
Yaxşı olar qorxub onu açmasan!»
Bu yazı Fərhadın huşunu aldı,
Bu, div qatilini həyçana saldı.
Atını meşədən kənara sürdü,
Qoşunu qəribə bir halda gördü.
Əhriməndən düşüb qorxuya ləşkər,
Söyüd yarpağı tək titrəşirdilər.
Görünən zamanda birdən şahzadə
Kəldi tez özünə atlı, piyadə.
Xaqanın gözünə dəyincə Fərhad,
Fərhad kimi oldu onun könlü şad.
Fərhad demə, de ki, dövründə vahid,
Qoşunla bir yola çıxdı o ikid.
Keçib əhrimənin sıx meşəsindən,
Qurtardılar onun əndişəsindəp.
Çatdılar bir yerə tamam kül, çiçək.
Ətirli havası İrəm bağı tək.
Əhatə edildi qoşunla saray,
Açıldı müəzzəm qapı taybatay.
Atası, yanında mehtərəm vəzir,
Girdilər içəri üçü də bir-bir
Bütün xəzinəni onlara verdi,
Möhürlü üzüyü özü kötürdü.
Yenə də şad olub eyşə daldılar,
Mey nuş edib hər kəs oldu bəxtiyar.
Bir şahanə məclis qurdular o gün,
Əvvəlki tək şadlıq etdilər bütün.
Çün fələk Rüstəmi qılıncı aldı,
Zamanə divinin boynuna çaldı.
Onu həlak etdi, lakin ahından
Qaraya büründü elə bil cahan.
Saqi mey gətirdi şənləndi məclis,
Bir yeni rövnəqlə bəzəndi məclis.
Dolmuş Əhrimənin başı kimi cam,
Kef edib içdilər yenə o axşam.
Mey ver, soyuq baxma, saqi, bu halə,
Əhrimən başından yarat piyalə!
Bu camdan məst oldum, yenə şərab ver!
Olsun nəfsin divi qoy məpə əsir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR