Dərc edildi: Baxış sayı: 468
Əliqulu Qəmküsar - Yaşasın həm "Nicat", həm "Sovqat"
Yaşasın həm “Nicat”, həm “Sovqat”,
Qoydular dər heqiqət aləmi mat.
Müftinin hörmətin tutub mənzur,
Ora göndərdilər böyük bir zat.
Məclisi dəfn, kəfh təşyidə
Eyləsin ta ki bir vücud isbat,
Söyləsİn birbəbir onun mədhin
Ki, edİb milletə nasıl xedemat.
Bakının böylə-böylə möcüzünə,
Zikr edin siz de dadı bir salavat.
- “Molla Nəsrəddin”, 9 mart 1917, N 5
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət