Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Sinəzən

Əliqulu Qəmküsar - Sinəzən
Sakura

Əliqulu Qəmküsar - Sinəzən

Çək xəncerini, baş-qulağın qan eyləyib yar,
Vəhşiyyetini atəmə elan eyləyib yar,
Kirdanna hər milləti xəndan eyləyib yar,
Yar, yarmağma canını qurban eyləyib yar,
Yar ehrəmenim, yar qoçağım, yar igidim, yar!

On gün gecə-gündüz hamını dəngəsər eylə,
Şaxsey de, çığır, vur başına, xaİqı kar eylə,
Nə kesbinə bax, iş-gücünə nə nəzər eylə,
Hər şamü səhər naləvü əfğan eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar İgidİm, yar!

Fürset ki, düşübdür əlinə eyləmə qəflət,
Çal başına xəncər, eylə izhari-rəşadət,
Sal hay-küyü, hər yerdə qopart şuri-qiyamət,
Hər ermənini, rusi hərasan eylöyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Məsciddə çığır, vur döşüne, ortada fırran,
Çığ-vığ sal uşaqlar kimi, iç qəhvəvü qelyan,
Mənbərdə çıxıb, molla desİn min cürə böhtan,
Sən göz yaşını dərdino dərman eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar İgidim, yar!

Yarsan başını feyzü soadət qazanarsan,
Huşyar ol, aman, yoxsa cehənnəmdə yanarsan,
Eyb etmez eger evdə yarandan uzanaısan,
Ailah sene bu feyzdir, ehsan eləyib, yar,
Yar ehramenim, yar qoçağım, yar igidim, yar!

Vay olsun egər etməmisən bir kese təqlİd,
Təqlidi olan kimsəİarə vardı bu tekİd:
Gər istəyəsən olmayasan həşridə nomid,
Fazil sənə baş yarmağı ehsan eləyİb, yar,
Yar ehrəmənim, yar qoçağım, yar igidim, yar!

Yorğan-döşəyə düşməyini tutma nəzərdə,
Səndən ötürü fəxridir ölmək belə yerdə,
Bər gordanı çal kəllənə, ta fovri geberdə,
Çoxdursa günahın, bunu ünvan eleyıb yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Vursan başına sidq ilə gər bir neçə zərbət,
Derk eyləyəcəksən, biürəm, feyzi-şəhadət,
Ey kaş, müyəsser ola dünyada bu nemət,
Bu şövq ilə Öz qalbini şadan eleyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidİm, yar!

Ləcbazlıq elə, dəstəni çek gündə Şəhabə,[1]
Vur sinəni çak eylə, yetış ocrii sevabə,
Qatiaş gecelər bu soyuğa, döz bu əzabə,
Dərbəndli sənə yaxşıca divan eleyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidiın, yar!

Çırtdır başım hər nə qedər köıpə çocuq var,
Qoy adete düşsün, sora yarsın özü naçar,
Nəzr et bu səvab işləri, ey mömüni-dindar,
Hər i! bu məhərrəm genə peyman eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Doldur cibini, Çakəri lap eylə qudurğan,
Nə din tanısın, yol, nə də ki, anlasın insan,
Söysün sizi hər yerdə, desin min cürə hədyan,
Sen baxma ona, görmə nə tüğyan eiəyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

Sal məscidə min vəlvelevü şuri-nəvanı,
Hər mollaya bir pullu toy et, soy füqoranı,
Eyşiə, məhərrəm yetişib, başJa bükanı,
Xaliq səni xoşbəxt bir insan cləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
 
Sən baxma Mərakeş bölünüb dərbeder oldu,
Türkiyədə, tranda, düşünmə, nələr oldu,
Fikr etmə Tərablis necə zirü zəbər oldu,
Başdan bu xəyalatı pərişan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!

  • "Moila Nasrəddin", 18 dekabr 1911. N 45

Qeydlər

  1.  Naxçıvanda mehellə adıdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR