Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Senzur

Əliqulu Qəmküsar - Senzur
Sakura

Əliqulu Qəmküsar - Senzur

Ax bivefa fəlek, sen nece qeddar və cəfakar İmişsən ve hemişe
yarı yarından ayıran və sevgilisini, istəküsini sevgilisindən kənar
eden imişsən!

Hanı o günlər kİ, mən saatlarla senzur idarəsində əlim qoynumda,
boynum çiynimdo titrəyə-titrəyə müntezir olurdum ki, öz sevgilimin
mübarək üzünü görüb, öziimü onun qədəmlerİnə salıb, ərzibəndəçüiyimi
edim ki, bədbəxtanə genə divari qismət olmuyub,
naümid ve məyus qayıdırdım.

Və hətta bəzi vaxtlar bu ayrıhğa davam gətire bilməyib Özümii
min zəhmətlə onun astanasma salırdım və əl-əl üstə qoyub ikiqat
baş əyəndən sonra deyirdim: ay atam-anam, qövm-eqrəbam, külkülfətim
sənə fəda olsun, zəhmet çəkib bəndənəvazlıq ele, mənim
boynuma bir böyük haqq qoy, bu bir neçə kolmə yazılmış həderənpədərəni
gözdən keçirt, gör, əger, Allah eləməmiş, bir xilafı-qanun
söz var isə, hökm elə bu saat mənim boynumu vursunlar və əgər
yoxdursa, Öz mübarək admı bura yazıb məni balalannın başma çevirib
mürəxxəs elə.

Mənim bu ərzi-bəndəçilıyimi eşitcək o vücudi-mübarək ele
qeyzo gəlib tapança kimi açıhrdı kİ, azca qahrdı mənim bağrım
çatlasın və başlayırdı meni yuyub-arıdıb məzemmet eləməyə ki,
“pəh, qoymazsan bir qedər yorğunluğumu alım, xeta elomirem ki,
ayda yeddi-səkkiz yüz manat məvacib alıram, həle gündə bir saat
ışleyib iki-üç vərəqəyə adımı yazdığım bəs deyii, hələ sən də
naqafıl böyürdən çıxıb istəyirsən məni genə bu ağırlıqda zəhmotə
salasan, Mən qol-mol çəko bilmərGm”.

Axırda çox yalvanh-yaxarandan sonra bir az yumşahb vərəqələri
götürüb əlinə, gözü baş səhifəyə sataşcaq top kimİ gurulduyurdu ki,
pəh, bu nə şəkildi çəkmisən kİ, Təbrizdo fılan İmam Cümə minibdir
eşşəyə, elə də iş olar? Hələ bəs bu nədi yazıbsan ki, Qarabağda
bəylər builki cəmı pambıq mədaxillərini qumara uduzublar. Bu cür
yalan-palanlara izin verə bilmərəm.

Mən biçarə genə ikiqat əyilib erz eylərdim ki, belə balalarma
qurban olum, axı sən gərək baxasan ki, burada hökumətə və siyasətə
zidd bir mətləb olmasm, daha başqa mətləblərin sənın aləminə ne
dəxli var? Onda buyururdu ki, xeyr, mənim hökumət senzurluğundan
başqa, Özümün şəxsi bİr senzurluğum da var ve başhyırdı ata kimi
məsləhət eləmoyə ki, balam, sən həle uşaqsan, öz xcyir-şərini biimirson,
adam gərek dövlətliyə sataşmaya, çünki onlardan adama
xeyir-mənfəet gəler, Adam gərək xan, bəyə sataşmaya. Çünki adaının
onlara ehtiyacı düşər. Adam gerək axunda, seyidə, dərvişə sataşmaya,
çünki onlarm da bədduası adamı tutar. Adam gərək əsnafa,
alış-verişçlyə sataşmaya, çünki adama nisyə şey verməzlər, Adam
gərək hacıya, məşhədiyə, kərbəlayiyə sataşmaya, çünki adamın xeyir-şəritıə gəlmezlər və adamı qonaqlığa, ehsana çağırmazlar.

Adam gərək oğruya sataşmaya, çünkı gələr adamın evini yarar. Adam
gerək adam öldürəne, yol kəsənə sataşmaya, çünki golər adamın
Özünii öldürər və... ve.„ O cənab bu gözəl nəsihetləri eleyendə mən
gözlerimi berəldə-berəldə qalıb, hürüt-hürüt onun o gözel camalına
tamaşa eləyib dinməz-söyləməz qulaq asırdım.

Indi heyf olsun haman gözəl giinlorə...

  • "Molla Nəsrəddin", 23 mart 1917. N 7
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR