Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Qatış-bulaş

Əliqulu Qəmküsar - Qatış-bulaş
Sakura

Əliqulu Qəmküsar - Qatış-bulaş

Sərkər Malla əmi, özümü tarif etmək olmasın, mən tamam üç dilə: türk, fars və ərəb dillərinə aliməm. Indi sənin əqlincə mən bu üç dillərin hansı birisində meqalə yazsam mənim üçün fəzilət artıq olar. Mənim bu kəm əqlimə görə bu dİllərin heç birisində məqalə yazmaq mənə əl verməz. Çünki egər türk dİlində yazaram, deyəllər fars, ərəb dillərinl bilmir, əgər fars dilində yazaram, deyəllər türk və arəb dillərindən xəberi yaxdur. Və egər ərəb düində yazaram, deyəllər türk ve fars dillərindən məhrumdur. 
Yaxşısı bilirsən nədir? Yaxşısı odur ki, man məqalədə bu üç dili bir-birinə qatış-bulaş edem. Bu bele. Bundan əlavə, heç bilirsən qatış-bulaş dillərində yazılan meqalənin bİr boyük və ümdə fəziləti də nədədİr? Bİr fəziləti də ondadır kİ, belə gözəl məqaləni heç başa düşməyən adam tapılmaz, hərçənd, ağzım dinc durmadt, dedim ki, belə meqaiəni camaat hamı başa düşər, amma bu çox da elə bir mətləb deyil, camaat başa düşər düşsün, düşmez düşməsin. Mənə deyen gərək camaat ilə ne işin, sen öz fəzilətinə çalış. Eşitməyibsən, bir itın bir qessab dükanından bir parça ət aparmağım görüb bİr qara dorviş bunu ne qaydada xəbər verdi qəssaba? “Usta qəssab, sənin bir parça ləhmin kelb apardı” sözlərini deməkdə ne sayaq məxrəcə can verdi. Sənin əqlineə bir belə alim dərviş deli idi ki, ağzını, gözünü əye-əyə yarım saat özünə zor verirdi, Əgər biçarə dərviş özünü bu zəhmətə salmasa idi, heç onda olan qiraət fəzilətini bİr kəs başa düşməzdi. 
İndi canım, əyri oturaq, düz danışaq, dərviş dərvtşliyində özünün bir qınx qiraət fəzilətini nəzərə vexsin, bəs heç insafdır ki, mən üç dilin alimi ola-ola Öz fəzilətimi gjzliyim. 
Molla əmi, heç kəs məndən incimosin, düzü, qardaş, əgər məqaləni mən qatış-bulaş dilində yazmtyam, camm heç vaxt dincəlməz. Oxuyan başa düşər düşsun, düşməz düşməsİn. Mən öz fəztlətimİ gozüm baxa-baxa zay edən adamlardan deyiləm.

  • “Molla Nəsrəddin", 4 noyabr 1907, N 41
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR