Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Ol gün ki çıxdı Şişədə meydana dördaşıq

Əliqulu Qəmküsar - Ol gün ki çıxdı Şişədə meydana dördaşıq
Sakura

Əliqulu Qəmküsar - Ol gün ki çıxdı Şişədə meydana dördaşıq

Ol gün ki çıxdı Şişede meydana dördaşıq,
Qoydu tamam evleri viranə dördaşıq.

Qartın qumarı adət idi, gərçi köhnədən,
Indi düşübdü dəb, vəli, hər yanə dördaşıq.
Bağlarda, dağda, bərri-biyabanda, küçede,
Yay, qış, payız, bahar gərək oynana dördaşıq.

Dörd-beş yaşmda köıpə çocuq, yüzyaşar qoca,
Daİm atırlar alçıya, toxana dördaşıq.
Sən qanmasan ki, bu oyunun var nə aləmi,
Ləzzət verir nə növ ilə insana dördaştq.

Qismət ola yolun düşə bir dəfə Qələyə,
Anlarsan onda kim, deyil əfsanə dördaşıq.
Əhsən deyək gərək hamımız qarabağlıya,
Oradan yayıldı Gəncəyə, Şirvanə dördaşıq.

Yox Üzgə yerdə mərifət əhli olan kimi,
Min cür oyun bilir, nə ki bir dane dordaşıq.
Yox eylə məclis, orda qumar oynamlmasm,
Ya kart gərək ola, ya da firlana dördaşıq.

Olmaz əvəz bu dördaşığa başqa bir oyusı,
Layiqdi bes ki her bəye, hər xane dördaşıq.
Qanmaz yeqindir oynamayan neşəsin onun,
Her yol atanda ruh verir, cana, dördaşıq.
 
Sal, qarabağlı, başın aşağı, işində oi,
Gəz dağda-daşda, atgila mərdanə, dördaşıq.
Verməzlər indi min bela iradə bir qepek,
Vacibdİr oynasın igid oğlana dordaşıq.

  • “Molla Nəsrəddin", 16 mart 1917, N 6
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR