Əliqulu Qəmküsar - "Kəlniyyət" məcmuəsinin ruhuna
Ötdünsə sənin ruhuna mən fatihəxanəm,
Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
Mən də ölərem tezlik ilə, sanma cəvanem.
Quylar bizi bir-bir yere, qeyrətlidi millət.
Derdin ki, gərək, elm oxuyub terbiye tapmaq,
Hər millət ile ülfətü ünsiyyəti qatmaq,
Fikr eyləmiyirdin heç özün bircə, ay axmaq,
Murdarla təmiz müşkül olur qılsalar ülfet.
Caizdi ki, ruslarla gedib mömini-dindar
Versin el-ələ, eylesin üst-başmı mırdar?
Başdan-ayağe söylədiyin qandı, a kaftar,
Bidetdi, bu bidetdən elə tövbə, nedamət.
İnsafdır etmək bu qədər məsxərə xalqı,
Diksindirib adatına birdən-birə xalqı,
Bədnam eləmek, hecv eləmək boş yerə xalqı?
Dözməz beie tövhinlərə ərbabi-həmiyyət.
Yetdin yetənə, yetməyənə bir təpik atdın,
Vicdanını, imanını bircə pula satdm,
Şeyxİ, qazım, xanı, bəyi bir-birə qatdın,
İcma eleyib qıldılar axır sənə nifrət.
Tutdun yaxasından Bakımn həftede y a zdm ,
Milyonçu, zavodçu demədən2 beyninİ qazdm,
Uprava, qlasnı bağınb kefləri pozdun,
Saldın Bakıya həftədə bir şuri-qİyamət.
Sancdın hamım, birbabir oldu səne bədxah,
Çün qarğıya düşdün, səni tutdu belə, Allah.
İsterdin edeydin hamını mürtədü gümrah,
Dindarlann batini gösterdi kəramət.
Axır sənı atdı bakulu, eylədi bayqot,
Dəftı etmək üçün qazdı qəbir, sazladt tabut,
Çıxdın puça, ömr eyləmədin, tapdı sənİ mövt,
Bu xalq getirməz dilinə doğru, həqİqət.
Millət ki, alır feyzİni təsbihü qəbadən,
Millet ki, çəkir nəşənı nəleynü ridadən.
Asude tamamilə bu gün cunu cəradən,
Göstərməyəcək qeyrətini, bir də ne qeyrət!
Qoymaz, nə qədər vardı gücü, jumal açılsın,
Çıxsın qəzetə, şöləsi ətrafə saçıtsm,
Lazımdı maarif görünən yerdə qaçılsm,
Ta dərs oxunub basmasın islami qəramet.
Mömin gərək olsun Məşhədə, Kablaya züvvar,
Muxtarsa, dey'ılsin adına Kablayı Muxtar,
Göz yaşı axıtsın nə qədər candakı can var,
Divanə deyilsən ki, necə elm, ne sənət?!
- “Molla Nəsrəddin”, 20 fevral 1913, N 6
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət