Əliqulu Qəmküsar - Kamil paşa, kamilliyinə min barəkallah
Kamil paşa, kamilliyinə min barəkallah,
Etdin nə gözəl millətini xürrəmi xendan.
Tedbirle, politkayla bütün, əşhədi billah,
Dünyalan qıldm özünə valehü heyran.
Sədr əzem olub boyle böyük rütbəye çatdın,
Jon türkləri qovdun, aradan daşlann atdm,
Osmanlıların üzlərini bir sən ağartdm,
Düşmənlərİ qoydun işinə matü hərasan.
Hərçəndi, beş-on qitə vilayət çıxıb əldən,
Fəxr etmə, olar getmiş idi nızi-əzəldən,
Sən say elə, ancaq bu bütün yurdu təməldən
Sahiblənə Bolqar, Qaradağ, Serb və Yunan.
Hörmət qazan, et şənini hər yerdə müraat,
Fürset ki, düşübdür əline boşlama, heyhat!
Türkdənsə yavuqdur sənə avropalı min qat,
Gir ingilisin bəstinə, qıl əhdinə peyman.
Yunanhlara indi ki, mal oldn Salanik,
Bolqarları da ədiməyə qoy ola malik,
Qoyma eləsin bir əhdi herbə tedarik,
Cınqır çəkənin məskənini etgilə zindan.
Yoxsa hamısı birdir bu yerlər gedecəkdır,
Bir-bir hamısın avropah mal edəcəkdir,
Nə ədiməbazlıqdı, nə boş küydü, keləkdir?
Bir də necə dəva, nece Balkan, nece qan-qan?
Sən vermə riza, qoyma dəxi hərb ola təkrar,
Ta bəlke desinler adına sülhə terəfdar,
Aləm ara mərhəmətə, lütfe səzavar,
Beş parça yer üstündə sıxarmı ürek insan?
İş döndü əgerçi, kabinə oldu mübəddəl,
Sən axiri qatdm arada mat-məəttəl,
Bənd olma, yerində elese başqası əngəl,
Beş gündü bu İşlər, yaşamaz boylə bu dövran.
Axırda sədarətde genə sən qalacaqsan,
Şövkət paşanın partfelin elden alacaqsan,
Öz dəstİni öz ardına bir-bir salacaqsan,
Qəm çəkmə heç, Öz işlerinə olma peşiman.
- “Molla Nəsrəddin", 20 yanvar 1913, N 2
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət