Dərc edildi: Baxış sayı: 968
Əliqulu Qəmküsar - Həsb-hal
Tesviri pürmelalımı mütləq gören zevat
Anlar keçirtmişəm necə efsürdə bir həyat,
Gəldim cəhane sanki həmişə bəta çəkim,
Könlümde vardı min eməlü min təhəssürat.
Dünyada bir merami-diiim hasil olmayır,
Yəsi olub məne bütün əcrami-kainat.
Bəs kim düşünmüşam, qırışıbdır üzüm-gözüm,
Zaye edib vücudumu işbu tefəkkürat.
Sinnim otuzda, tüklərim iştə bəyaz olub,
Köçmək sifarişin yetirib qasidi-məmat.
Qalmayıb ümid çünki həyatın beqasına,
Əksim götürtmüşəm, qala bəlkə, bu, xatirat.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət