Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Harda düşür vur şitil iranlıya

Əliqulu Qəmküsar - Harda düşür vur şitil iranlıya
Sakura

Əliqulu Qəmküsar - Harda düşür vur şitil iranlıya

Harda düşür vur şitil İranlıya,
Pampaca sal hər mitil iranlıya.

Baxma ki, təbrizlidi, tehranlıdı,
Rəştlidi, qəzvinlidi, zencanlıdı,
Eyle ki, gördün diridi, canlıdı,
Boynuna dırmaş, səril iranlıya.

Xoyluya, salmaslıya bel bağlama,
Ölse mərəndli gününə ağlama,
Yəzdliden Ötrü üreyin dağlama,
Rəhm eləmə, zir-zibil iranlıya.

Qılma nəzər onlara insan kimi,
Bağrına basma oları can kimi,
Hansı biri çeşminə çarpan kimi,
Qeyz ilə söylə: itil, iranlıya.

Qorxma, əzəldən kötəyə öyrənib,
Hər yetən ovsarlayıb, axır minib,
Qeyrətinin məşəli çoxdan sönüb,
Bİrdi söyüş, yağh dil, iranlıya.

Şiədi, dünyada cəlal istəməz,
Elm oxumaz, fezlü kemal isteməz,
Cənnətə müştaqdı, mal ıstəməz,
BCövsər olub selsəbil iranhya.

Sal sixəki qoy yıxıla palçığa,
Vur, təpik altında bulaşsın zığa.
Baxmaz, əgər çıxdısa aydınlığa,
Yalvarasan yüz min il İranlıya.

Boş tutasan, alsa ayaq üstüne,
Üz verəsən, büzse dodaq üstüne,
Şər atacaq onda bayaq üstünə,
Yüz dəfə get sən əyil, iranlıya.

Yaxşı Seməd xan başarır fəndlərin,
Odlara qurban eləyir kəndlerin,
Qorxmasalar, keçselər sərhədlərin,
Söyləmək olmaz çəkil, iranlıya.

Görmədin osmanlılann başına
Əngəl açıb qatdılar su aşrna.
Zülm eləmək qardaşı qardaşına
Sənət olub səngdil iranlıya.

Gördü ezirlər yazığın baş-gözün,
Qeyrətə gəldi bu da dürtdü özün,
Fövri soxub ortaya sərhed sözün,
Hökm elədi gir, təpil, iranlıya.

Aləmi-islame vurub min ləkə,
Sünniyə yanmaz ürəyi bir tikə,
Türk adı yanındaca her kəs çəkə,
Güllə vufur, eylə bil, iranlıya.

  • “Molla Nəsrəddin", 27 yanvar 1913, N 3
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR