Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Hacılar, ay hacılar, can sizə qurban hacılar

Əliqulu Qəmküsar - Hacılar, ay hacılar, can sizə qurban hacılar
Sakura

Əliqulu Qəmküsar - Hacılar, ay hacılar, can sizə qurban hacılar

Hacılar, ay hacılar, can sizə qurban hacılar,
Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.

Kəbə vacibdi müsəlmanə bə fərmani-rəsul,
İşbu fərman nə gözəl şeydi kim eylərsə qəbul,
Mən müsəlman demem ol şəxsə edə bundan üdul,
Ərş hamilleri hem Kəbeyə eylərlə hülul,
Hacılar, ay hacılar, ay hacılar, hacılar,
Qövmi-qüttali-ərəb verdi size vay, hacılar!

Kəbedən sizləro vacibdi, evət, hifzi-bədən,
Etməyirsiz bədeni hifzi-müraat, nəden?
Malü canı buraxırsız nedən, ey Kəbasevən,
Kəbənİz düzmü, əgər ac yata övladi-vətən?
Hacılar, ay hactlar, ay evi viran hacılar,
Gündə min defe içər aileniz qan, hacılar!

Pah pür xöfv-xəter, qafİIə bir yarü müin,
Gömülüb rikə, sizi eyləyər ərab, kemin,
Qorxulu bir səfərə razımıdır sahibi-din?
Haşalillah, belə bir hökmü sanam fərzül-eyn.
Sanmayız firqeyi-ərabl müsəlman, hacılar,
Yer üzündən buları məhv edə sübhan, hacılar!

Sizə ağlar dağınız, daşlarınız, gölleriniz,
Bağlanıb qanə bələşmiş ip ilə qollarımz,
Sodd olub rah-zananİ-ərəbə yollarmız,
Baz edıb malınıza ağzmı konsullarmız.
Sizi satmış bulara dövləti-İran, hacılar,
Axçanızla dolacaq hər qəfə-şantan, hacılar!

Nazpərvər balamz kuçevü bazan gəzer,
Ağlasmlarmı düşəndə yadına mehri-pəder,
“Ata vay” naləsi çeksinmi bərader, xahər,
Neylesin bunlan gördükdə yazıq bir madər?
Oldunuz nafile siz qerqeyi-tufan, hacılar,
Dəvələr halımza eyləyir əfğan, hacılar!

Hərəmi-Kəbəyə sükkani-səma hacibdir,
Kebənin hökmü müsəlmanə, əvet, cazibdir,
Mənce bu hökmü danan mürtəd, həm kazibdir,
Kəbədən sİteyi-erham sizə vacibdir,
Verseniz sileyi-ərhamə əgər nan, hacılar,
Kəbəni lütf edəcekdir sizə yəzdan, hacılar!

  • “Molla Nəsrəddin”, 11 yanvar 1914, N 1
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR